SON XƏBƏRLƏR

İran nüvə öhdəliklərini azaltmağı bir neçə aylıq dayandırmaq üçün edilmiş təklifi qəbul etməyib

2021.10.20, 07:36
İran nüvə öhdəliklərini azaltmağı bir neçə aylıq dayandırmaq üçün edilmiş təklifi qəbul etməyib

Gunaz.tv

GünAz TV: İranın prezidenti Həsən Ruhani iyulun 18-də öz fransalı həmkarı Emanuel Makronla telefon əlaqəsi yaradıb.

 

Ruhani Makronun nüvə öhdəliklərini azaltmağı bir neçə aylıq dayandırmaq üçün etdiyi təklifi qəbul etməyib.

 

İran Prezident Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, Ruhani nüvə razılaşmasının qorunması üçün tək çıxış yolunun sanksiyaların ləğvi və tərəflərin 2015-ci il nüvə müqaviləsinin şərtlərini qəbul etməsi olduğunu deyib.

 

Bu iki ölkə prezidentinin cari ay ərzində körfəzdə gənginliyi azaltmaq və Hərtərəfli Birgə Fəaliyyə Planını qorumaq üçün sayca 2-ci telefon danışığıdır.

 

Xatırladaq ki, İran iyulun 7-də artıq nüvə razılaşmasında icazə verilmiş uranın zənginləşdirilmə faizi və depolanması həddinə əməl etməyəcəyini bəyan etmişdi. Rəsmi Tehan Avropanı öz nüvə öhdəliklərinə “əməl etməməkdə” ittiham edir və lazımi addımların atılmayacağı təqdirdə, nüvə proqramını daha da irəli aparacağını bildirir.

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hazırda İranın uranı 4-5% ətrafında zənginləşdirdiyi barədə məlumat yayıb. Hansı ki, nüvə razılaşmasında icazə verilmiş zənginləşdirmə həddi 3.67% idi.  Bu isə İranın razılaşmanın müddəalarının pozduğu anlamına gəlir. Amerika Maqatenin məlumatına verdiyi reaksiyada İranın razılaşma əldə edilən ilk günlərdən ona əməl etmədiyini bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar