GünAz TV: İran ordusunun Quru Qoşunları ölkənin şimal-qərb bölgəsində hərbi təlimlərə başlayıb.
“Vilayət zülfüqarı 98” adı altında başlayan hərbi manevrlərə ordunun 40 və 41 saylı briqadaları, pilotsuz uçan aparat birlikləri, 321-ci hücum briqadaları, mühəndis birlikləri və Quru Qoşunların helikopterləri cəlb edilib.
Bir qrup yerli media orqanı təlimlərin ötən gün axşamdan, “İsna” kimi yarı-rəsmi agentliklər bu gün səhər saatlardan başladığını bildirirlər. Dərc edilən məqalələrdə manevrlərin məqsədi və digər detallar açıqlanmır.
2 mərhələ, yəni gecə və gündüz atışlarından ibarət olacaq təlimlərin öncədən planlaşdırılıb- planlaşdırılmadığı məlum deyil. İran ordusu bir neçə həftə öncə, Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı “Barış Pınarı” əməliyyatı ilə eyni zamanda ölkənin şimal-qərbində əvvəlcədən planlaşdırılmamış hərbi təlimlər keçirmişdi.
Ə.A