SON XƏBƏRLƏR

İRAN ORDUSU PKK-ya QARŞI İRİMİQYASLI ƏMƏLİYYATLARA BAŞLAYIB

2021.10.20, 07:36
İRAN ORDUSU PKK-ya QARŞI İRİMİQYASLI ƏMƏLİYYATLARA BAŞLAYIB

Gunaz.tv
Qaçan terrorçuların bir hissəsi Ermənistana keçə bilər Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı hava zərbələrinin davam etdirdiyi bir vaxtda İran ordusu da ölkə ərazisində terror təşkilatına qarşı irimiqyaslı yerüstü əməliyyatlara başlayıb. “CNN-Türk” telekanalının xəbərinə görə, PKK-nın İran qolu PJAK-a qarşı başladılan əməliyyatda minlərlə əsgər, artilleriya birlikləri və vertolyotlar iştirak edir. İran ordusunun hissələri ilk mərhələdə İraqın şimalına yaxın məsafədə yerləşən Piranşəhr və Koleçolan yaşayış məntəqələrində ağır silahlarla təchiz olunmuş 3 minə yaxın İnqilab Keşikçiləri Korpusu bölmələrini sərhəd xətti üzərində yerləşdirib. Bu zaman sərhəd boyu İran əsgərləri ilə PJAK yaraqlıları arasında şiddətli döyüşlərin olduğu bildirilir. Paralel olaraq İran ordusu uzaqvuran toplardan PJAK-ın İraqın şimalındakı Qəndil, Hacıümran, Ranya bölgələrindəki düşərgələrini intensiv atəşə tutur. Məlumatlara görə, əməliyyatın əsas məqsədi PJAK-ın Qəndil dağları bölgəsindəki əsas düşərgələrinə böyük zərbə vurmaqdır. İraqın şimalındakı sərhəd boyu kürd kəndləri İran ordusunun əməliyyatları ilə bağlı boşalıb, terror təşkilatı yaraqlılarının bir hissəsi Türkiyə ilə sərhəddə doğru - daha təhlükəsiz saydıqları bölgələrə çəkilib. İran qüvvələrinin hər an sərhəddi keçə biləcəyi və Qəndil dağlarındakı PKK düşərgələrini vuracağı gözlənilir. Türkiyə mənbələri eyni vaxtda iki istiqamətdən sıxışdırılan PKK-çıların bir hissəsinin kiçik qruplar halında Ermənistana keçə biləcəyini təxmin edir. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar