SON XƏBƏRLƏR

İran ordusunun baş komandanı: “Biz, 25 ildən az bir müddətdə İsrailin ömrünə son qoyacağıq”

2021.10.20, 07:36
İran ordusunun baş komandanı: “Biz, 25 ildən az bir müddətdə İsrailin ömrünə son qoyacağıq”

Gunaz.tv

GünAzTV: İran İslam Respublikası ordusunun baş komandanı Əbdülrəhim Musəvi, martın 24-də jurnalistlərə açıqlamasında Amerika və İsrailə qarşı sərt bəyanatlar səsləndirərək, Tel-Əvivi məhv edəcəkləri ilə təhdid edib.

 

İranın dini lideri axund Əli Xamneyinin İsrailin yaxın 25 ildə yer üzündən silinəcəyi ilə bağlı əvvəlki bəyanatlarına toxunan Əbdülrəhim Musəvi deyib ki, İran, yaxın 25 ildə İsraili tamamilə məhv edəcək: “Cinayətkar Amerika və qanunsuz sionist rejimi başda olmaqla bizim düşmənlərimiz yaxşı başa düşürlər ki, əgər bizim millət islam iqilabı idealarına sadiq qalsa, nə Amerika indiki kimi hökmranlığını edə biləcək, nə də sionist rejim özünün nəhs ömrünü sürdürə biləcək.

 

Biz, Allah qoysa, 25 ildən az bir müddətdə, sionist rejiminin işini biryolluq bitirəcək, İsrailin ömrünə son qoyacağıq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar