SON XƏBƏRLƏR

İran parlament seçkisinə xarici müşahidəçiləri buraxmayacaq

2021.10.20, 07:36
İran parlament seçkisinə xarici müşahidəçiləri buraxmayacaq

Gunaz.tv

GünAz TV: İranın Keşikçilər Şurası (Şuraye negəhban) bunu İran xalqına təhqir kimi qiymətləndirir.

 

İranın Keşikçilər Şurası sabah keçiriləcək parlament seçkisinə beynəlxalq müşahidəçilərin buraxılmayacağını bəyan edib. Ölkədə seçkilərə nəzarət üzrə ali qurum olan Keşikçilər Şurasının mətbuat katibi Abbas Əli Kədxodayi bildirib ki, beynəlxalq müşahidəçilərin nəzarəti altında seçki keçirmək iranlıların hisslərinə təhqir olardı.

 

"Bizim mərd xalqımız 30 il əvvəl İslam İnqilabında iştirak edib və öz taleyini özü seçib, heç bir xarici qurum, yaxud ölkənin müdaxiləsinə yol verməyib. Mənim fikrimcə, seçkiyə beynəlxalq müşahidəçilərin buraxılmasının soruşulması belə xalqımızın hisslərinə təhqirdir".

 

Abbas Əli Kədxodayi həmçinin bildirib ki, deputatlığa (millət vəkili) namizədliyini verənlərin 70 faizinin müraciəti qəbul edilib, qalanlarının namizədliyi isə rədd edilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar