SON XƏBƏRLƏR

İran parlamenti Kəhrizək həbsxanasında baş verən zorakılıqların bir qismini etiraf edib

2021.10.20, 07:36
İran parlamenti Kəhrizək həbsxanasında baş verən zorakılıqların bir qismini etiraf edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran parlamenti Kəhrizək həbsxanasında baş verən zorakılıqlarla bağlı hesabat hazırlayıb. Sənəddə ölkənin sabiq prokuroru Səid Murtəzəvi həbsxanadakı məhbuslara qarşı təhqiramiz hərəkətlərə, habelə onların ölümünə görə tənqid olunub. Hesabatda deyilir ki, məhbusların ölümünə səbəb onların döyülərək öldürülməsidir. Halbuki Murtəzəvi iddia edirdi ki, onlar sətəlcəm xəstəliyindən ölüb. parlament komitəsinin hesabatında deyilir ki, Prezident seçkilərindən sonra həddən ziyadə isti olan, zəif qida və ventilyasiyaya şəraitinə malik kameraya 147 adam yerləşdirilib. Artıq başqa vəzifədə çalışan prokuror Səid Murtəzəviyə qarşı əlavə cəzanın tətbiq ola biləcəyi barədə məlumat verilmir. Yeni hesabat həbs edilənlərin zorlanması və alçaldılması ilə bağlı digər iddiaları şərh etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar