SON XƏBƏRLƏR

İran parlamentinin deputatı axund Əhməd Salek Kaşani koronavirusa yoluxub

2021.10.20, 07:36
İran parlamentinin deputatı axund Əhməd Salek Kaşani koronavirusa yoluxub

Gunaz.tv

GünazTV: İran parlamentinin İsfahandan seçilmiş deputatı axund Əhməd Salek Kaşani koronavirusa yoluxub.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, bir neçə gün əvvəl Əhməd Salek Kaşanidən götürülmüş test analizlərinin nəticəsi müsbət çıxıb. Bildirilir ki, “Covid-19” infeksiyasına yoluxmuş deputat hazırda həkimlərin nəzarəti altında şəxsi mənzilində karantin şəraitində saxlanılır.

 

Deputatın koronavirus xəstəliyinə konkret nə vaxt və necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmmədrza Tabeş aprelin 7-də jurnalistlərə açıqlamasında koronavirusa yoluxmuş deputatların sayının artmasından xəbər vermişdi.

 

 Tabeş, İran parlamentinin deputatlarından yenidən test analizlərinin götürülməsini vurğulayaraq, koronavirusa yoluxmuş deputatların sayının 50-yə yaxınlaşdığını bildirmişdi.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 9-da media nümayəndələri ilə görüşündə ölkədə koronavirus pandemiyası qurbanlarının yeni statistikasına yayıb. O bildirib ki, son bir sutka ərzində daha 117 nəfərin ölümü ilə İranda bu günə qədər “Covid-19” virusundan ölənlərin sayı 4110 nəfərə, yoluxanların sayı isə 66220 nəfərə çatıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar