SON XƏBƏRLƏR

İran parlamentinin xüsusi komitəsi etirazlar və müxalif liderlər barədə hesabat açıqlayıb

2021.10.20, 07:36
İran parlamentinin xüsusi komitəsi etirazlar və müxalif liderlər barədə hesabat açıqlayıb

Gunaz.tv

GünAz TV: İran parlamentinin sədri Əli Laricaninin göstərişi ilə yaradılan və 14 fevral (25 bəhmənn) hadisələrini araşdıran xüsusi komitə apardığı araşdırmanın hesabatını yayıb. Hesabatın mətni martın 2-də İran parlamentinin iclasında oxunub.

Fevralın 14-də İran müxalifətinin Tunis və Misir xalqlarının inqilabına dəstək vermək məqsədilə Tehranda və digər iri şəhərlərdə keçirdiyi yürüş qanlı qarşıdurmalarla nəticələnib. Hüquq mühafizə qüvvələri əməkdaşlarının odlu silahdan açdığı atəş nəticəsində ən azı üç aksiyaçı (yürüşçü) həlak olub, bir neçə nəfər bədən xəsarəti alıb, 1500 nəfərə yaxın aksiyaçı isə tutulub. Qarşıdurmalar zamanı bir neçə polis də xəsarət alıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, hesabatda 14 fevral etirazlarının İsrail, Amerika, Böyük Britaniya dövlətlərinin, əks-inqilabçı cərəyanların birbaşa göstərişi və yardımı ilə keçirilmiş “iğtişaş və qalmaqal” olduğu vurğulanıb: “Ölkədəki sabitliyi və əmin-amanlığı pozmaq məqsədilə vətəndaşları 14 fevral yürüşünə, eləcə də ondan əvvəlki və sonrakı etirazlara çağıran Mirhüseyn Musəvi və Mehdi Kərrubi millət xainləridirlər. Onlara qarşı əks-inqilabçılarla davranıldığı kimi qanun çərçivəsində çox kəskin tədbirlər görmək lazımdır. Bu şəxslər mühakimə olunmalıdırlar”.

Hesabatda həmçinin xarici mediaların, müxalif daxili və xarici internet səhifələrinin, bəzi ölkələrin İrandakı səfirliklərinin, peyk vasitəsilə İrana verilişlər yayan ayrı-ayrı televiziyaların müxalifləri sabitliyi pozmağa təşviq etməsi və onları yönəltdiyi vurğulanıb, belə qurumlara, insanlara qarşı ciddi tədbir görməyin vacibliyi qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar