İran polisi Araz çayının kənarında toplaşan güney azərbaycanlıları döyərək dağıdıb- VİDEO

2020-10-18 18:01

İran rejiminin polisi Araz çayının ətrafına toplaşaraq Quzey Azərbaycan Ordusuna dəstək nümayiş etdirən güney azərbaycanlıları döyərək ərazidən uzaqlaşdırıb

Gunaz.tv Quote | Gunaz article

Dünən Quzey Azərbaycan Ordusu Araz çayı üzərində yerləşən Xudafərin körpüsünü erməni işğalçılarından azad edib. Bu gün isə Azərbaycan əsgərləri müqəddəs Azərbaycan bayrağını həmin körpünün üzərinə sancıblar. 


Bu gün çoxlu sayda güney azərbaycanlı Araz çayının yanına toplaşaraq, Azərbaycan əsgərlərinin Xudafərin körpüsünü bayraq sancdıqları anda sevinərək, onlara öz məhəbbətlərini göstəriblər. 


Həmin an güney azərbaycanlılar "Azərbaycan Ordusu, yoxdur onun qorxusu!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" və "yaşasın Azərbaycan!" kimi şüarlar səsləndiriblər. 


Hadisə şahidlərinin sözlərinə görə, həmin an Tehran rejimimnin polisləri güney azərbaycanlıların üzərinə gedərək, onları nalayiq ifadələrlə təhqir edib, eləcə də rezin dəyənəklə döyərək, oradan uzaqlaşdırıblar. İran polisləri güney azərbaycanlıları söyüşlərlə təhqir edərək, "çox sevinməyin, ermənilər buranı yenidən işğal edəcək" deyiblər. 

 

Qeyd edək ki, Güney Azərbaycanın Xudafərin rayonunda, Araz çayı üzərində Xudafərin səddi körpüsü, Qırmızı körpü, Qızqalası körpüsü, Həmdəmli körpüsü, Sınıq körpü və Həsrət körpüsü adlı 6 yerləşir. 


Hər 6 körpü istifadəyə yararlı vəziyyətdədir. Yerli mənbələr bildirirlər ki, İran rejiminin qüvvələri bu körpülər vasitəsilə işğalçı Ermənistana qida və hərbi təchizat yardımları edirdilər. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycan əyalətinin Mədəniyyət İdarəsinin rəhbəri koronavirusdan ölüb

2020-10-31

gun az article

Firdovsinin irqçiliyini tənqid edən makulu media fəallarına qarşı 1 illik həbs hökmü təsdiqlənib

2020-10-31

gun az article

Təbrizdə İzmirdə baş vermiş zəlzələ qurbanlarının dərdinə şərik olmaq məqsədilə divarlara yazılar yazılıb- FOTO

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28