SON XƏBƏRLƏR

İran prezidenti Mottəkini yalan danışmaqda suçlayıb

2021.10.20, 07:36
İran prezidenti Mottəkini yalan danışmaqda suçlayıb

Gunaz.tv

GünAzTv: “Onun vəzifəsindən azad ediləcəyi barədə xəbərsiz olduğu istiqamətində verdiyi şərhlər doğru deyil.”

 

Bu sözləri İranın prezidenti Mahmud Əhmədnejad İstanbulda keçirilən zirvə görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Mottəki İran hökumətinin sevdiyi hörmətli adamdır. Əhmədinejad hansısa problem olduğunu zənn etmədiyini deyib. Mottəkinin vəzifədən azad olunmasında 5P +1 ölkələri ilə müzakirələri çətinləşdirəcəyi istiqamətindəki şərhlərlə əlaqədar Əhmədinejad bildirib ki, İranın xarici siyasəti sabitdir. O, insanların dəyişməsi ilə siyasətdə hər hansı bir dəyişiklik olmadığını söyləyib: ”Cənab Salihi tanınmış bir şəxsiyyət, təcrübə sahibi olan bir diplomatdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar