İran prezidentindən irqçi çıxış: Ruhani türk dilində təhsil tələbini "düşmən fitnəsi" adlandırdı

2021-05-03 10:58

​​​​​​​İran prezidenti Həsən Ruhani ölkədə milli ayrı-seçkiliyi qızışdıran açıqlama verib. 

Gunaz.tv Quote | Gunaz article

Fars dilinin İranın kimlik bəlgəsi və milli birliyin əsas amili olduğunu bildirən dövlət başçısı qeyri-fars xalqların öz dillərində təhsil almaq istəyini "düşmənlərin fitnəsi" adlandırıb. O, ana dilində təhsil tələbini "fars dilinə milli kimliyə qarşı nifrət bəsləyən qüvvələrin hücumu" olduğunu deyib.

Təbrizin "azərəncümən" xəbər saytının verdiyi məlumata görə, o, şənbə günü bir qrup müəllimlə görüşündə fars dilini İranda yaşayan bütün etnik qrupların əsas dili adlandırıb. 

O,  məktəblərdə müəllimlərin fars dilinə xüsusi diqqət yetirilmələrini vacib sayıb.

"Yerli dilin öyrənilməsi" "yerli dildə təhsil" kimi yanlış yozulmamalıdır. Bu gün bizim milli kimliyimizə qarşı olanlar fars dilini və onun nüfuzunu hədəfə alır, qondarma ana dili bəhanəsi ilə iki tirəlik yaratmağa çalışırlar. Müəllimlər bu fitnənin qarşısını ala biləcək təsirli şəxslərdir”-deyə, Ruhani müəllimlərə müraciət edib.

Qeyd edək ki, 2017-ci ilin may ayında, prezident seçkiləri vaxtı Həsən Ruhani Təbrizə etdiyi səfər zamanı türk dilini ölkənin fəxri adlandırmış, onun qorunması üçün səy göstəriləcəyini demişdi. 

Ruhani namizədliyinin birinci və ikinci dövrünün təbliğat çıxışlarında “Türk Dili Qurumu”nun yaradılacağına söz vermişdi.

Lakin Ruhani hökuməti qeyri-fars dillərinin, özəlliklə türk dilinin inkişafına dair vədləri yerinə yetirməyib. 

Ruhani ikinci dövr prezident seçildikdən sonra ona ən yaxın şəxslərdən olan İranın təhsil naziri Məhəmməd Bəthayi 14 iyul 2018-ci ildə fars dili dövlətin qırmızı xətti adlandırıb və “qeyri-fars dillərində təhsilin çox təhlükəl” olduğunu bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11