SON XƏBƏRLƏR

İran prezidentinin əleyhinə plan başlayıb

2021.10.20, 07:36
İran prezidentinin əleyhinə plan başlayıb

Gunaz.tv

GünAzTv: Bu vəziyyət İranda dövlət idarəçiliyi qolları arasında parçalanmanın dərinliyini ortaya qoyur.

GünAzTv: İran parlamenti deputatlarının prezident Mahmud Əhmədinejadı impiçment etmək üçün planlar qurduğu, amma İranın ali dini lideri Ayətullah Əli Xameneyinin göstərişinə uyğun olaraq hələlik gözləmə mövqeyi tutduqları açıqlanıb.

Bu vəziyyət İranda dövlət idarəçiliyi qolları arasında parçalanmanın dərinliyini ortaya qoyur. Belə bir iddia ABŞ-ın (Amerika Birləşmiş Ştatları) «Wall Street Journal» qəzetində yer alıb.Məqalədə deyilir: «Digər tərəfdən İranın mühafizəkar qəzetlərində millət vəkillərinin prezidentin impiçmentini müzakirəyə çıxarılması üçün bir müraciət hazırlayaraq imzalanmaq üçün təqdim etdikləri də bildirilir. 74 imzaya ehtiyac olan müraciətin bu günə qədər 40 millət vəkili tərəfindən imzalandığı bildirilir. Əhmədinejata qarşı bu hərəkət parlamentin səlahiyyətlərinin azaldılması və prezidentə daha çox səlahiyyət verilməsinə dair təkliflərə cavab verməyi nəzərdə tutur. Bazar günü nəşr olunan və bazar ertəsi günü parlamentdə müzakirə edilən bir hesabatda ölkənin nüfuzlu dörd millət vəkili Əhmədinejata qarşı bu günə qədər görmədiyi ən sərt tənqidləri ünvanlayıblar. Millət vəkilləri prezidenti və hökuməti 14 qanun pozuntusunda ittiham ediblər. İttihamlar arasında neft və təbii qazın qeyri-qanuni idxalı, büdcə şəffaflığının təmin edilməməsi və İranın valyuta ehtiyatlarından milyonlarla dolların parlamentin təsdiqi olmadan xərclənməsi də yer alıb. Hesabatda «prezident və kabinet parlamentin qarşısında hesabat verməlidir, qeyri-şəffaflıq və hökumətin qanunları pozması rejimə zərər verir» deyə bildirilib.Əhmədinejata qarşı atılan bu addımlar hökumətin yanacaq, qida və xidmətlərə verilən dövlət sübsidiyaları yavaş-yavaş kəsmək qərarı səbəbindən xalqda yaranan mənfi reaksiyadan qaynaqlanır. Tahran hökumətinin sübsidiyaları kəsmək qərarının arxasında isə İranın nüvə proqramına qarşı tətbiq olunan beynəlxalq sanksiyalar səbəbindən İran iqtisadiyyatının çətin duruma düşməsi dayanır. Səlahiyyətlilər sübsidiyaların kəsilməsinə reaksiya olaraq ortaya çıxa biləcək qiyamları önləmək məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirməklə yanaşı bir sıra müxalif isimləri də həbsə atıb. Həmçinin iqtisadçılar subsidiyaların kəsilməsinin inflyasiyanın yüksəlməsinə səbəb olacağını düşünürlər. Digər tərəfdən İranın Xameneyinin rəhbərliyi altında ultra-mühafizəkar məmurları dövlət məsələlərində son söz sahibidirlər. Mühafizəkarlar qrupunun Əhmədinejata dəstək verməsi də prezidenti parlamentin təsdiqi olmadan qərar verməyə sövq edir. Mühafizəkar qəzetlərin bazar ertəsi saylarında bildirilib ki, millət vəkilləri impiçment mövzusunun müzakirəyə çıxarılması üçün tələb olunan 74 imzanın toplana bilməsi üçün imza kampaniyasına start veriblər. Xəbərlərdə Məclis Büdcə Komissiyasının rəhbəri Musa Riza Servati də daxil olmaqla 40 millət vəkilinin müraciəti imzaladığı ifadə edilib. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar