SON XƏBƏRLƏR

İran prezidentinin müavini Urmu gölünün qurudulmasına etiraz edən mədəni fəalların cəzalandırılmasını etiraf edib

2021.10.20, 07:36
İran prezidentinin müavini Urmu gölünün qurudulmasına etiraz edən mədəni fəalların cəzalandırılmasını etiraf edib

Gunaz.tv

GünAz TV: İran prezidentinin müavini İsa Kəlantəri Urmu gölü böhranına etiraz edən azərbaycanlı milli-mədəni fəalların həbs edildiyini etiraf edib.

 

O danışıqlarının birində açıq şəkildə bildirib ki, Urmu gölünün quruması ilə bağlı xəbərdarlıq edənlər həbsxanalara göndərildi.

 

Prezident müavini vurğulayıb ki, dövlət Urmu gölü böhranına diqqət yetirmək yerinə bu barədə xəbərdarlıq edən şəxsləri həbsxanalara saldı. Bütün bunların nəticəsində göl bugünkü vəziyyətə gəlib çatdı.

Xatırladaq ki, yüzlərlə güney azərbaycanlı milli-mədəni fəal Urmu gölünün qurudulmasına etiraz etdiyinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar ədalətsiz məhkəmə hökmləri ilə həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

İsa Kəlantəri 11-ci hökumətdə Urmu Gölünü Canlandırma Mərkəzinin katibi olub, 12-ci hökumətdə isə prezident Həsən Ruhaninin müavini və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəisi postunda fəaliyyət göstərir. O bundan əlavə, prezidentin birinci müavininin su, kənd təsərrüfatı və ətraf mühit işləri üzrə müşaviridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar