SON XƏBƏRLƏR

İran prezidentinin saytında Xamneyi və “Sepah”a qarşı hazırlanmış tənəli video sonradan silinib

2021.10.20, 07:36
İran prezidentinin saytında Xamneyi və “Sepah”a qarşı hazırlanmış tənəli video sonradan silinib

Gunaz.tv

GünAz TV: Martın 12-də İran prezidentinin rəsmi internet səhifəsində Həsən Ruhani ilə iraqlı məşhur axund Əli Sistani arasında baş tutması ehtimal edilən görüş barədə video yayılıb. Lakin bir neçə saat sonra sözügedən video saytdan çıxarılıb.

 

Videoda bəzi cümlələrdə üstüörtülü olaraq Əli Xamneyi, “Sepah” və bəzi iranlı rəsmilərə tənə edilir.

 

Qeyd etmək lazımdır ki, fevralın 11-i İran prezidenti İraqa 3 günlük rəsmi səfərə gedib. Bu səfərdən öncə iranlı rəsmilər onun Əli Sistani ilə də görüşəcəyini bildirmişdilər. Sistani bir neçə il əvvəl İran prezidenti olmuş Mahmud Əhmədinejadla görüşdən imtina etdiyindən, onun Ruhani ilə ehtimal edilən görüşü media orqanları tərəfindən diqqətdə saxlanılan məsələlərdəndir.

 

Bu videoda bildirilirdi ki, Ruhaninin Sistani ilə görüşü 3 tərəfə 3 mesaj ehtiva edir. 1-ci mesajda İraq rəsmilərinə xitabən bildirilirdi ki, “bu görüş göstərəcək ki, Ruhaninin kifayət qədər siyasi çəkisi var və hərbi-taktiki razılaşmalar ətrafında danışmaq üçün onların (iraqlılar-red.) hərbçilərlə görüşməsinə ehtiyac yoxdur, bu məsələni ölkə prezidenti Ruhani ilə müzakirə edə bilərlər”.

 

Bu cümlə “Sepah” rəhbərlərinin, xüsusilə də “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin tez-tez İraqa baş tutan səfərləri və bu ölkənin rəsmiləri ilə görüşlərinə işarə edir. İraqda fəaliyyət göstərən bəzi yaraqlılar və terror qruplaşmaları İran tərəfindən himayə edilir və onlara Qasım Süleymani nəzarət edir.

 

2-ci mesajda iranlı rəsmilərə xitabən deyilir: “Bu görüş Ruhaninin yüksək ranklı və nüfuzlu mərceyi təqlidlərdən biri tərəfindən qəbul edildiyini göstərəcək.”

 

Bu cümlədə üstüörtülü şəkildə bəzi iranlı rəsmilərə tənə edilir. Lakin bir çox sosial şəbəkə istifadəçiləri mövzu ilə əlaqəli yazdıqları kommentlərdə bildiriblər ki, əslində burada Əli Xamneyiyə də tənə edilir.

 

3-cü mesaj isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanlanıb: “Bu görüş göstərəcək ki, İraq öz ərazisindən 3-cü ölkənin İrana qarşı istifadə etməsinə icazə verməyəcək.”

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar