SON XƏBƏRLƏR

İran pulundan sıfırların silinməsiylə bağlı qərar təsdiqlənib

2021.10.20, 07:36
İran pulundan sıfırların silinməsiylə bağlı qərar təsdiqlənib

Gunaz.tv

GünAz TV: İran hökuməti milli puldan 4 sıfırın silinməsiylə bağlı layihəni təsdiqləyib.

 

Bununla da İranın milli pul vahidi riyaldan tümənə keçid edib. Layihəyə əsasən, hazırki 10 min riyal yeni 1 tümən dəyərində olacaq. Yeni 1 tümən 100 yeni riyal ekvalentində olacaq.

 

Layihənin dövlət tərəfindən təsdiqlənməsiylə, riyaldan 4, tüməndən isə 3 sıfır silinib. Onun Milli Məclis tərəfindən təsdiqlənməsindən sonra hazırki 10 min riyal 1 yeni tümən dəyərinə düşəcək.

 

Bütün bu dəyişikliklərin qüvvəyə minməsi üçün layihənin Milli Məclis tərəfindən də təsdiqlənməsi lazımdır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar