SON XƏBƏRLƏR

İran rejiminin Şərqi Azərbaycan və Kürdistan Əyalətindəki həbsxanalarda baş verən üsyanlara fərqli münasibəti... - VİDEO

2021.10.20, 07:36
İran rejiminin Şərqi Azərbaycan və Kürdistan Əyalətindəki həbsxanalarda baş verən üsyanlara fərqli münasibəti... - VİDEO

Gunaz.tv

GünAz TV: Məhbusların Şərqi Azərbaycanın Təbriz və Kürdistan Əyalətinin Saqqız şəhərində üsyana qalxması rejimin iki bölgəyə olan fərqli münasibətini bir daha sübut etdi.

 

Xəbər verdiyimiz kimi, koronavirus infeksiyasının həbsxanalarda yayılması martın 26-da Təbrizin Mərkəzi Zindanında məhbusların üsyanına səbəb olmuşdur. Məhbuslar öz yataqlarını yandırmaq, iki əsgərin silahını əlindən almaq və bir neçə həbsxana məsulunu girov götürməklə üsyana başladılar. Qısa müddət sonra həbsxanaya gələn xüsusi təyinatlı qüvvələr məhbuslara tərəf atəş açaraq üsyanı yatızdırdı. Qeyri-rəsmi mənbələr hadisə zamanı ölən və yaralıların olduğu barədə məlumat yaymışdır.

 

https://www.youtube.com/watch?v=xHAto0LOUdc&feature=emb_logo

 

Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi üsyanın videosu yayılmasına və bəzi rəsmi xəbər agentliklərinin təsdiq etməsinə baxmayaraq bu barədə yayılan xəbərləri təkzib etmişdir.

 

Bundan bir gün sonra Kürdistan Əyalətinin Saqqız şəhərinin həbsxanasında oxşar hadisə baş verdi. Kiçik şəhərdə baş verən üsyana fərqli münasibət göstərildi. Hətta 80 nəfərdən çox məhbus heç bir problem olmadan həbsxanadan qaça bildi. Saqqız həbsxanasında baş verən üsyanda təhlükəsizlik qüvvələri Təbrizdə olduğu kimi, məhbuslara tərəf atəş açmayıb.

 

https://www.youtube.com/watch?time_continue=40&v=QucvnTGubek&feature=emb_logo

 

Şübhəsiz ki, rejimin bu münasibəti ikili standartların bariz nümunəsidir. Sosial şəbəkə istifadəçiləri İran dövlətinin bu hərəkətini türk və kürd millətlərinə münasibətdə ayrı-seçkilik kimi qiymətləndirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar