SON XƏBƏRLƏR

İran rəsmilərinin Xocalı soyqrımından bir gün sonra Paşinyanla keçirdikləri görüşlər Azərbaycan xalqının etirazlarına səbəb olub

2021.10.20, 07:36
İran rəsmilərinin Xocalı soyqrımından bir gün sonra Paşinyanla keçirdikləri görüşlər Azərbaycan xalqının etirazlarına səbəb olub

Gunaz.tv

GünAz TV: Fevralın 17-də, azərbaycanlıların Xocalıda ermənilər tərəfindən soyqrıma məruz qalmasından bir gün sonra Ermənistanın baş naziri Paşinyanın İrana səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və “dini lider” Əli Xamneyi ilə görüşməsi Güneyli- Quzeyli Azərbaycan xalqının etirazlarına səbəb olub.

 

Bu etirazları ən çox alovlandıran Xamneyinin Paşinyanla görüş zamanı “dostluq” və “qardaşlıq” barədə sözləri olub.

Paşinyan bu səfər çərçivəsində həmçinin Tehranda ermənilərə məxsus Ararat stadionunda İran erməniləri ilə görüşüb və çıxış edib. Görüş zamanı diqqət çəkən məqamlardan biri də “Qarabağ ermənilərə məxsusdur” yazılmış plakatın açılması, eləcə də erməni qadınların auditoriyada başı açıq oturması olub. Halbuki Güney azərbaycanlı xanımlara öz sevimli komandaları olan Trakturun görüşlərinə baxmaq üçün stadiona daxil olmağa belə icazə verilmir.

 

İran rəsmilərinin bu anti-Azərbaycan addımlarından hiddətlənən Güney azərbaycanlı soydaşlarımız buna etiraz olaraq martın 1-də Təbrizdə “Traxtur”la “Sepahan” komandaları arasında keçiriləcək görüşdə İran rəhbərliyinə tutarlı cavab verəcəklərini bəyan ediblər.

 

Xatırladaq ki, yanvarın 27-də Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən Əli Xamneyi iki ölkəni “dost və tarixi əlaqələri olan ölkələr” adlandırmışdı. O, həmçinin Ermənistan da daxil olmaqla, qonşularla yaxşı əlaqələrin qurulmasının öz “islami vəzifə”ləri olduğunu demişdi. Xamneyinin bu dediklərinin əksinə olaraq, İran hakimiyyəti hər zaman Ermənistana dost kimi yanaşıb və onu qaz, elektrik enerjisi, eləcə də lazım olan digər məhsullahla təmin edib. Bunun qarşısında isə daim Azərbaycan və azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar