SON XƏBƏRLƏR

İran rəsmisi: “Amerikanın hərbi addımına cavabımız hərbi yolla olacaq”

2021.10.20, 07:36
İran rəsmisi: “Amerikanın hərbi addımına cavabımız hərbi yolla olacaq”

Gunaz.tv

GünazTV: İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi yanvarın 3-də CNN telekanalına müsahibəsində “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin Amerikanın hərbi hava qüvvələri tərəfindən öldürülməsinə münasibət bildirib.

 

 O deyib ki, Amerika Qasım Sülemanini öldürməklə, İrana qarşı rəsmən savaş elan edib: “İl yarım əvvəl Amerika nüvə sazişindən çıxandan sonra sanksiyalar qoymaqla bizə qarşı iqtisadi müharibəyə başladı. Ötən gecə də amerikalılar bizim yüksək rütbəli bir generalımızı terror etməklə ölkəmizə qarşı hərbi savaşa başladılar. Vəziyyət belə olan sizin İrandan gözləntiniz nə ola bilər. Biz, sakit qala bilmərik. Sözsüz ki, hansısa bir addım atacağıq.

 

Amerika Qasım Süleymanini qətlə yetirməklə əslində bizə qarşı hərbi bir addıma əl atıb. Məhz buna görə də düşünürəm ki, bizim Amerikanın bu addımına cavabımız da hərbi olacaq. Lakin bizim Amerikaya cavabımızın necə, nə vaxt və harada olacağına gəlincə, bir az gözləməliyik. Siz bu addımın şahidi olacaqsınız. Amerika öz əməllərinin nəticəsini gözləməlidir” –deyə, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi əlavə edib.  

 

“Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu ABŞ-ın hava hücumunda məhv edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar