SON XƏBƏRLƏR

İran rəsmisi: “Artıq İsrail sərhədinə çatmışıq”

2021.10.20, 07:36
İran rəsmisi: “Artıq İsrail sərhədinə çatmışıq”

Gunaz.tv

GünazTV: İranda “Sepah” terror təşkilatına bağlı olan Əmmar qərargahının mərkəzi şurasının rəisi axund Mehdi Taib avqustun 12-də jurnalistlərə açıqlamasında “Sepah” qüvvələrinin İsrail sərhədinə qədər nüfuz etməsindən, Amerika ilə müzakirədən və nüvə sazişindən (“Bərcam”dan) danışıb.

 

Axund Taib deyib ki, “Sepah” qüvvələri İsrail sərhədinə qədər irəliləyib: “Bu gün 40 ildən sonra biz artıq İsrail sərhədinə çatçışıq. Halbuki qırx il əvvəl bizim heç nəyimiz yox idi və belə bir imkana sahib deyildik. Lakin indi bu imkana sahib olmuşuq. Bu gün Əlinin qılıncı artıq Qüds darvazasının arxasına qədər çatıb və heç kəs bizə mane ola bilməz.

 

Amerika ilə danışıqlara gəlincə, hesab edirik ki, hazırda müzakirə aparmaq zamanı deyil və biz Vaşinqtonla hər hansı bir müzakirə aparmayacağıq. Biz addımba addım nüvə sazişindən çıxacaq və bununla da öz əhdimizə sadiq qaldığımızı, Qərb ölkələrinin isə öz öhdəliklərinə əməl etməməsini sübuta edəcəyik” –deyə Əmmar qərargahının mərkəzi şurasının rəisi axund Mehdi Taib əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar