SON XƏBƏRLƏR

İran rəsmisi: “Avropa Birliyinin təkliflər paketində bizim bəzi istəklərimiz nəzərə alınıb”

2021.10.20, 07:36
İran rəsmisi: “Avropa Birliyinin təkliflər paketində bizim bəzi istəklərimiz nəzərə alınıb”

Gunaz.tv

GünAzTV: İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi iyulun 17-də jurnalistlərə açıqlamasında nüvə sazişinin qorunması üçün Tehranla Avropa Birliyi arasında aparılan müzakirələrdən danışıb.

 

Avropa Birliyinin İrana bəzi imtiyazları nəzərdə tutan təkliflər paketi təqdim etdiyini bildirən Kəmalvəndi deyib ki, əgər nüvə sazişi (“Bərcam”) ləğv edilsə, İran uranı yüksək səviyyədə zənginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa edəcək: “Avropa Birliyi bizimlə apardığı danışıqların ardınca İrana yeni təkliflər paketi təqdim edib. İrəli sürülən təkliflər paketində bizim bəzi istəklərimiz də nəzərə alınıb. Banklararası əməliyyatlar, pul köçürmələri, nəqliyyat və neftin satışı bu qəbildəndir.

 

Amerikanın nüvə sazişindən çıxmasına baxmayaraq, biz bu razılaşmanının qorunub saxlanılmasının tərəfdarıyıq. Lakin əgər hər hansı bir səbəbə görə bu saziş ləğv edilsə, o zaman biz uranının zənginləşdirilməsini  3.5 faizdən 20 faizə qədər yüksəldəcəyik”.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar