İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24 13:10

İran hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı Əhmədəli Qudərzi oktyabrın 24-də “Sepah”a yaxın “Fars” agentliyinə müsahibəsində ölkə ərazisinə düşən güllə və mərmilərdən və islam respublikasının Azərbaycan və Ermənistanla olan sərhəd bölgələrindəki vəziyyətdən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Hazırda İranın münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanla olan sərhəd məntəqələrində vəziyyətin sabit olduğunu bildirən Əhmədəli Qudərzi deyib ki, ölkə ərazisinə düşən mərmilərə görə hər iki qonşu ölkəyə xəbərdarlıq edilib: “Biz hər iki ölkənin sərhədçilərini çağırıb bununla bağlı onlara xəbərdarlıq etmişik. Baxmayaraq ki, bizə düşən güllə və mərmilərdən ölən olmayıb, yalnız cüzi xəsarətlər qeydə alınıb. Lakin biz bununla bağlı hər iki ölkəyə xəbərdarlığımızı etmişik.


İran hüquq-mühafizə qüvvələrinin sərhəd komandanlığı üzərinə düşən qanuni vəzifəni yerinə yetirərək, hər iki ölkəyə xəbərdarlıq edib. Biz həm Azərbaycandan, həm də Ermənistandan istəmişik ki, bu məsələdə beynəlxalq qanunlara riayət etsinlər və ona sadiq qalsınlar.


Hazırda isə döyüşlərin getdiyi məntəqələrə yaxın sərhəd bölgələrimizdəki ərazilərdə mühafizə bölmələri, lazımi avadanlıqlar, elektron və optik sistemləri, pilotsuz aparatlar və kəşfiyyat işləri gücləndirilib, xüsusi olaraq gündəmə gətirilib. Həmçinin bölgədəki hərbi bazalar da aktivləşdirilib və onlar mövcud vəziyyətlə bağlı hər an bizi məlumatlandırırlar” –deyə, İran hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı Əhmədəli Qudərzi bu gün “Sepah”a yaxın “Fars” agentliyinə verdiyi müsahibəsində bəyan edib. 


Qeyd edək ki, təcavüzkar və işğalçı Ermənistan ordusunun əsgərləri müzəffər və qəhrəman Azərbaycan Ordusunun qabağında duruş gətirə bilmədiyi üçün, döyüş meydanından qaçarkən hərbi cinayətə əl ataraq, kor-koranə şəkildə hara gəldi atəş açır və ya Ermənistan ərazisindən Azərbaycan şəhərlərinin yaşayış məntəqələrini raket atəşinə tuturlar.  


Bu isə dinc Azərbaycan vətəndaşlarının qətliamına səbəb olmaqla yanaşı, həm də çox hallarda atılan raket və mərmilərin Güney Azərbaycanın sərhədyanı ərazilərinə düşməsinə səbəb olur.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17