İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18 14:12

İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kəlantəri mayın 17-də ətraf mühit məsələləri ilə bağlı keçirilən video-konfransda çıxış edərək ölkənin müxtəlif əyalətlərində su qıtlığı barədə xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

Ölkədə quraxlığın gündən-günə geniş vüsət aldığı barədə xəbərdarlıq edən Kəlantiri deyib ki, su çatışazlığı səbəbi ilə hazırda ölkənin bir sıra əyalətləri, o cümlədən də İsfahan, Çahar Mahal Bəxtiyari, Yəzd, Xuzistan və Loristan əyalətləri arasında su müharibələri (su savaşları) başlayıb.


“Hazırda ölkə çayları arasında yalnız ikisində, yəni Karun və Sefidrud çaylarında su axır və qalanları demək olar ki, quruyub. İldə isə ölkənin təbii su hövzələrindən və yeraltı sulardan nəzərdə tutulan miqdardan əlavə 20 milyard kub metr su çıxarılaraq istifadə edilir.


İndiki durum çox kritikdir və vəziyyət belə davam etsə, 2041-ci ilə qədər demək olar ki, Zaqros dağının ətrafındakı torpaqlarda və Əlbürz dağının cənubundan başlayaraq cənubdakı dənizə və şərqi sərhədlərimizə qədər böyük bir ərazdə əkin yerlərimiz olmayacaq və ümumiyyətlə əkinçilikdən əsər-əlamət qalmayacaq. 


Təəssüflər olsun ki, ölkənin təbiəti bir sıra makro siyasətlərin qurbanı olub. Ölkə məhv olmaq üzrədir və hesab edirəm ki, son 40 ilin rəsmiləri İran təbiətini məhv etdiklərinə görə cavabdeh olmalıdırlar”, -deyə İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kəlantəri bildirib.


Qeyd edək ki, ötən il İranda yağıntıların əvvəlki illərə nisbətən 40% azaldığını nəzərə alaraq, İranın bir sıra yüksək vəzifəli şəxsləri tezliklə ölkədə su qıtlığı yaranacağı barədə xəbərdarlıq ediblər. 


Xatırladaq ki, İranda Böhranı İdarəemə Təşkilatının rəisi mayın 2-də mediaya açıqlamasında ölkənin su qltlığı baxımdan böhran içində olduğunu bildirərək, 20 ailədən çox sakini olan 7 min kəndin əhalisinin içməli suya olan ehtiyacının tankerlərlə təmin edildiyini bəyan etmişdi. 

خشکسالی

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24