SON XƏBƏRLƏR

İran rəsmisi: “Fars əyalətində spirtdən ölənlərin sayı 97 nəfərə yüksəlib”

2021.10.20, 07:36
 İran rəsmisi: “Fars əyalətində spirtdən ölənlərin sayı 97 nəfərə yüksəlib”

Gunaz.tv

GünazTV: İranın Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan aprelin 16-da mediaya açıqlamasında saxta spirtdən ölənlərin yeni statistikasını yayıb. 

 

O deyib ki, əyalətdə koronavirusdan qorunmaq üçün sənaye spirtdən zəhərlənərək ölənlərin sayı 97 nəfərə çatıb: “Bu gün sübh saatlarına qədər Fars əyalətinin müxtəlif şəhər və bölgələrində saxta spirtdən zəhərlənərək xəstəxanalara müaciət edənlərin sayı 797 nəfərə çatıb. Hazırda isə zəhərlənənlərdən 700-ü müxtəlif tibb mərkəzlərində müalicə alırlar.

 

Zəhərlənənlər arasında sağlamlıq durumu ağır olanlar isə reanimasiya şöbələrində həkimlərin ciddi nəzarəti altında saxlanılarlar. Saxta alkoqullu içkilərdən zəhərlənənlərin orta yaş həddinə gəlincə, onların əksəriyyəti 20-40 yaşları arasında olan vətəndaşlardır” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan bəyan edib.

 

 

 Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və stressdən qurtulmaq üçün spirtli içkilərə pənah aparan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 700-dən çox insan həyatını itirib, minlərlə insan isə xəstəxanalara düşüb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar