İran rəsmisi: “İslam respublikasında gənclər arasında cinsi əlaqəyə girmə yaşı cavanlaşaraq 13-14 yaşa enib”

2020-02-17 21:48

GünazTV: İranın QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri Minu Mohrəz fevralın 17-də jurnalistlərə açıqlamasında ölkədə qız və oğlanlar arasında geniş vüsət alan erkən cinsi münasibətdən və QİÇS (AİDS) xəstəliyinin yayılmasından danışıb.

 

O deyib ki, İran İslam Respublikasında gənclər arasında ilk cinsi əlaqəyə girmə yaşı cavanlaşaraq 13-14 yaşa enib: “Hazırda ölkədə QİÇS-ə yoluxmuş 60 min xəstəmiz var. Bu rəqəm dünyada 30 milyon nəfərdir. Xəstəliyə yoluxmanın əsas yolları isə təhlükəsiz cinsi əlaqəyə girmək, narkomanların müştərək iynələrdən istifadə etməsi və xəstəliyin hamilə anadan bətnində daşıyan uşağına keçməsidir.

 

Bu gün ölkədə cinsi təmas yolu ilə QİÇS-ə yoluxan xəstələrin sayının gündən-günə artması ciddi nigaranlığa səbəb olub. QİÇS daşıyıcısı olan 15-16 yaşlarında olan gənclərin tez-tez bizə müraciət etməsi də buna bir sübutdur. Təəssüflər olsun ki, aparılan araşdırmaların nəticələri göstərir ki, hazırda ölkədə qız və oğlanlar arasında cinsi əlaqəyə girmə yaşı cavanlaşaraq 13-14 yaşa enib.

 

Heç kəs uşaqlara və yeniyetmələrə cinsi əlaqəyə girmə yollarını öyrətmək niyyətində deyil. Lakin düşünürəm ki, ən azından onlara təhlükəsiz cinsi təmasın nə olduğunu öyrətməliyik. Yazıqlar olsun ki, nə valideynlər, nə də məktəblər bu mövzularda uşaqlara və yeniyetmələrə məlumat vermirlər. Məhz həmin səbəbə görə də, uşaqlar bu kimi məsələlər barədə internetə müraciət edir, məlumatlarını oradan əldə edirlər.

 

Hazırda yeniyetmələr arasında cəmiyyət dəyərlərinə zidd rəftar və hərəkətlər baş alıb gedir və onların bir qismi də peyk vasitələri ilə ölkəyə yayılan Kolumbiya və Türkiyə seriallarının təsiri altına düşərək onlardan nümunə götürürlər” -deyə, İranın QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri Mina Mohrəz jurnalistlərə verdiyi açıqlamasında bəyan edib.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

2021-01-26

gun az article

Azərbaycanda son sutkada 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

2021-01-26

gun az article

İran rəsmisi: “Biz, Co Baydenin ilk diplomatik addımını gözləyirik”

2021-01-26

gun az article

İranda koronavirusdan daha 79 nəfər vəfat edib, 6 420 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-26

gun az article

İranda “Signal” sosial şəbəkəsinə süzgəc qoyulub

2021-01-26

gun az article

İranda daha bir gənc güləşçi edam edilib

2021-01-26

gun az article

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev

2021-01-26

gun az article

Şuşada Şəhidlər Xiyabanı...

2021-01-26

gun az article

Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR

2021-01-26

gun az article

Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini müzakirə edəcək

2021-01-26

gun az article

GünazTV Jan.25.2021 : “Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

2021-01-25

gun az article

Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı

2021-01-25

gun az article

Səid Xətibzadə Zərifin Azərbaycana səfərindən danışıb

2021-01-25

gun az article

İranın hökumət qüvvələri Bəlucistanda tikilməkdə olan sünnilərə məxsus məscidi dağıdıblar

2021-01-25

gun az article

İranda koronavirusdan daha 98 nəfər ölüb, 6 309 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-25

gun az article

Jan İv Le Drian: “İran nüvə silahına yiyələnmək ərəfəsindədir”

2021-01-25

gun az article

Ayk Xaçikyan: "Qarabağda 6 min erməni hərbçi ölüb"

2021-01-25

gun az article

Füzulinin Aşağı Aybasanlı kəndi - VİDEO

2021-01-25

gun az article

Zərif Bakıya gəldi - “İran Azərbaycan ərazilərinin azadlığına sevinir”

2021-01-25

gun az article

Azərbaycanda karantin rejimi daha da yumşaldıldı

2021-01-25