SON XƏBƏRLƏR

İran rəsmisi: “Qarşıdan gələn 10-14 gündə ölkədə koronavirusun yayılması pik nöqtəsinə çatacaq”

2021.10.20, 07:36
İran rəsmisi: “Qarşıdan gələn 10-14 gündə ölkədə koronavirusun yayılması pik nöqtəsinə çatacaq”

Gunaz.tv

GünazTV: Kirman Tibb Universiteti rektorunun səhiyyə məsələləri üzrə müavini Vəhid Əhmədi Təbatəbayi martın 4-də jurnalistlərə açıqlamasında ölkədə sürətlə yayılmaqda olan və artıq epidemiya halına gələn koronavirusdan danışıb.

 

Yaxın iki həftədə ölkədə virusun daha geniş yayılacağı barədə vətəndaşlara xəbərdarlıq edən Vəhid Əhmədi Təbatəbayi, insanlara gigiyena qaydalarına riayət etməyi tövsiyə edib: “Kirman Tibb Universiteti virusun yayılması ilə bağlı məsələni nə gizlətməyə çalışır, nə də şişirtməyə. Daha doğrusu, bizdə bu məsələni kiçiltmək və ya böyütmək siyasəti yoxdur. Biz, bu problemə şəffaflıqla yanaşırıq.

 

Hazırda isə bildiririk ki, qarşıdan gələn 10-14 gündə ölkədə bu epidemiyanın (koronavirus -red) yayılması pik nöqtəsinə çatacaq. Məhz buna görə də, ölkə vətəndaşlarını özlərini qorumağa və gigiyena qaydalarına riayət etməyi tövsiyə edirik”.

 

Xatırladaq ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 3-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanları ilə bağlı yeni statistikanı açıqlayaraq, ölənlərin sayının 77-ə, yoluxanların isə 2 min 336 nəfərə çatığını bildirib.

 

O, ölənlərin sayının 77-yə, yoluxanların isə 2 min 336 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

 Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar