İran rəsmisi: “Türkiyə ağlını başına yığmalıdır”

2018-01-27 12:10

GünAzTV: İranın keçmiş müdafiə naziri, hazırda Milli Müdafiə Ali Hərbi Universitetinin rektoru Əhməd Vəhidi, yanvarın 27-də jurnalistlərə açıqlamasında bölgədə baş verən olaylardan və Türkiyənin bir həftədir Suriyanın Afrin bölgəsində kürd terrorçu qruplaşmalarına qarşı keçirdiyi “Zeytun budağı” adlı hərbi əməliyyatından danışıb.

 

Amerikanın Suriyadakı hərbi varlığını qeri-legitim adlandıran Əhməd Vəhidi, Türkiyəyə bu ölkənin şimalında keçirdiyi hərbi əməliyyata görə xəbərdarlıq edib. O, bildirib ki, İran Suriyanın ərazi bütövlüyünün təhlükəyə düşməsinə qarşıdır: “Biz, həmişə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını və ona hakim rejimin legitimliyini dəstəkləmiş, müdafiə etmişik. Biz, Suriya hökuməti ilə koordinasiya edilmədən bu ölkədə baş verən har hansı bir dəyişikliyin əleyhinəyik və onu təsdiq etmirik.

 

Hesab edirik ki, Suriyada sülhə doğru aparan mövcud durumun mürəkkəbləşməsinə və tərəflər arasında anlaşılmazlığa gətirib çıxaran hər hansı bir addımdan çəkinmək lazımdır. Bizim istəyimiz odur ki, Suriya ərazilərində hər hansı bir dəyişiklik, rəsmi Dəməşqlə razılıq çərçivəsində edilməlidir. Şübhə yoxdur ki, Suriyada indiki gərgin vəziyyətin yaranmasında Amerikanın rolu böyükdür. Amerikanın Suriyanın şimalındakı qeyri-legitim hərbi varlığı və onun Suriyanı iki hissəyə bölərərək onu parçalamağa cəhdi, bu ölkədə yaranmış indiki böhranın ortaya çıxmasına səbəb olub.

 

Əlbəttə ki, Türkiyə də ağlını başına yığmalı, Suriyada keçirdiyi hərbi əməliyyata görə, regionda mövcud olan bəzi həssaslıqları nəzərə almalıdır”.

 

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir həftə əvvəl Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” adlı hərbi əməliyyatda, indiyə qədər “PKK”, “PYD” və “YPG” terror təşkilatlarına məxsus 340 hədəf vurulub, 25 silah anbarı məhv edilib, ən azı 394 terrorçu zərərsizləşdirilib.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22