İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02 14:44

İran səhiyyə nazirinin müavini İrəc Hərirçi avqustun 1-də dövlət televiziyasında çıxış edərək, ölkədə “Civid-19” pandemiyası ilə bağlı kritik vəziyyətdən və ləngiməkdə olan vaksinasiya prosesindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Öz açıqlamasında hazırda ölkə şəhərlərinin 90 faizinin qırmızı vəziyyətdə olduğunu bildirən İrəc Hərirçi deyib ki, gigiyena qaydalarına riayət olunmayacağı təqdirdə xəstəlikdən gündəlik ölənlərin sayı bir neçə dəfə arta bilər.


“Bizdə vaksinasiya işi gec başladığına görə, hazırda ölkə şəhərlərinin 90 faizi sürətlə yayılmaqda olan xəstəliklə bağlı qırmızı vəziyyətdədir və əgər indiki vəziyyət davam edərsə, yaxın günlərdə ölkədə xəstəlikdən ölənlərin gündəlik sayı 800 nəfərə qədər yüksələ bilər.


Təəssüflər olsun ki, hazırda hər 4 dəqiqədə bir İran vətəndaşı xəstəlikdən ölür və proqnozumuza görə qarşıdan gələn 10 gün içində virusdan ölənlərin sayı artan templə davam edəcək”, -deyə İran səhiyyə nazirinin müavini İrəc Hərirçi bildirib.


Qeyd edək ki, əsas prioriteti İraq, Suriya, Livan və Yəməndəki terrorçu qruplaşmaları bəsləmək, onları dəstəkləmək və onların büdcəsini təmin etmək olan İran rejimi ölkə əhalisinin vaksinasiya məsələsinə laqeyd yanaşır, “dini lider” Əli Xamneyinin göstərişi ilə xarici ölkələrdən etibarlı vaksin almaqdan boyun qaçırır. Bu isə İranda koronavirusdan gündəlik ölənlərin sayının kəskin artmasına gətirib çıxarıb.


Dünyanın müxtəlif ölkələrində, insanların vaksinasiyadan keçməsi işi sürətlə aparıldığı bir vaxtda,  83 milyondan çox əhalisi olan, sahib olduğu neft, qaz və digər təbii sərvətlərinə görə dünyanın ən zəngin ölkələrindən biri sayılan İran İslam Respublikasında isə bu günə qədər 18 yaşından yuxarı olan ölkə vətəndaşlarının yalnız 7 faizi koronavirusa qarşı peyvənd olunub. Bu isə qonşu ölkələrlə müqayisədə çox zəif bir göstəricidir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18