İran rəsmisindən Azərbaycan və Ermənistana xəbərdarlıq: “İran torpağına doğru heç bir güllə atılmamalıdır”

2020-09-28 16:20

İran hüquq-mühafizə qüvvələri komandanının müavini Haşım Rzayi sentyabrın 28-də mediaya açıqlamasında İran torpaqları yaxınlığında gedən atışaya görə Azərbaycan və Ermənistana xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

 O deyib ki, Azərbaycanla Ermənistan atışmanı dayandırmalı, öz aralarındakı ixtilafı danışıqlar yolu ilə həll etməlidirlər: “Bu isə bizim iki qonşu ölkədən ciddi istəklərimizdən biridir. Son bir neçə gündə bu iki ölkə arasında hərbi qarşıdurmalar şiddətlənib və biz bunu yaxından nəzarətdə saxlayırıq. Mən hətta bu gün səhər hər iki ölkənin sərhədçilərinə bununla bağlı mesaj da göndərmişəm.


Bizim hər iki qonşu ölkədən istəyimiz odur ki, aralarındakı problemi danışıqlar yolu ilə həll etməklə sabitliyin bərqərar olunmasına yardım etsinlər. Biz hazırda onlar (Azərbaycan və Ermənistan) arasında gedən atəş mübadiləsinə yaxından nəzarət edirik. 


Hesab edirik ki, bu qarşıdurma və atışma bu iki ölkədən heç birinin xeyrinə deyil və ola bilsin ki, başqaları yaranmış bu problemdən sui-istifadə edə bilərlər. Bİz həm də hər iki ölkəyə xəbərdarlıq edərək bildiririk ki, bizim torpağımıza doğru heç bir güllə atılmamalıdır. Yol verilmiş səhvə görə, bizim sərhədyanı ərazilərimizə iki minaatan mərmi düşüb. Biz həmin səbəbə görə də hər iki ölkənin sərhədçilərinə mesaj göndərərək bu barədə onlara xəbərdarlıq etmişik. Ümid edirik ki, sabitlik bərqərar ediləcək” -deyə, İran hüquq-mühafizə qüvvələri komandanının müavini Haşım Rzayi bu gün mediaya açıqlamasında bəyan edib. 


Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.


Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.


Azərbaycan Ordusunun düşmənin yeni təcavüzünə cavab olaraq əks hücuma keçməsi nəticəsində uzun illərdir erməni işğalında olan 7 kənd və bir neçə yüksəklik azad edilib, 550-dən çox düşmən qüvvəsi zərəsizləşdirilib.


Qeyd edək ki, özünü hər zaman dünya müsəlmanlarının himayədarı adlandıran İran İslam Respublikası bu günə qədər nəinki təcavüzkar Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsini pisləməyib, əksinə hər zaman rəsmi İrəvana dəstək verib. İran rejiminin vaxtaşırı Ermənistana gizli silah göndərməsi və ermənilərə hərtərəfli yardımı buna sübutdur.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18