SON XƏBƏRLƏR

İran Rusiya ilə körfəzdə hərbi dəniz təlimi keçirəcəyi barədə məlumat yayıb

2021.10.20, 07:36
İran Rusiya ilə körfəzdə hərbi dəniz təlimi keçirəcəyi barədə məlumat yayıb

Gunaz.tv

GünAz TV: İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi rəsmi Tehranla Moskva arasında yaxınlarda Hind okeanı, Oman dənizi, Hörmüz boğazı və körfəzdə müştərək hərbi təlimin keçirilməsiylə bağlı razılıq əldə edildiyini deyib.

 

Rusiyaya səfər edən Xanzadi iyulun 29-da bu hərbi dəniz təlimlərinin bu ilin sonuna qədər keçirilməsinə ümid etdiyini deyib.

 

Komandanı Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirilməsinə dair də razılaşma əldə edilib. Bu razılaşmanın bir hissəsi Rusiya və İranın Xəzər dənizində hərbi əməkdaşlığı artırmasını nəzərdə tutur.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları may ayında İran təhdidlərinə açıq mesaj vermək üçün “USS Abraham Linkoln” gəmisi ilə birlikdə B-52 strateji bombardımançılarını körfəzə göndərib. Bundan sonra da ABŞ-a məxsus digər hərbi texnikalar bölgəyə ezam edilib.

 

Eləcə də, “Sepah” terror təşkilatının Oman dənizində Britaniyaya məxsus gəmini qəsb etməsindən sonra rəsmi London gəmilərin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün regiona “HMS Duncan” adlı döyüş gəmisi göndərəcəyini bəyan edib. Britaniya həmçinin körfəzdə təhlükəsizliyini təmin etmək üçün Avropa ölkələrini yeni dəniz donanması qurmağa çağırıb, hansı ki, Fransa, Danimarka və İtaliya bu təklifə müsbət cavab veriblər.

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ötən gün ölkəsinin hansı vasitə ilə olur-olsun, Hörmüz boğazını bağlanmaya qoymayacağını, eləcə də bu istiqamətdə beynəlxalq koalisiyanın yaradılacağını deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar