SON XƏBƏRLƏR

İran, Rusiya və Çin koronavirusla bağlı saxta məlumatlar yaymaqda koordinasiyalı hərəkət edirlər- Rəsmi sənəd

2021.10.20, 07:36
İran, Rusiya və Çin koronavirusla bağlı saxta məlumatlar yaymaqda koordinasiyalı hərəkət edirlər- Rəsmi sənəd

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının monitorinq qrupları media orqanlarına İran, Rusiya və Çinin koronavirusla bağlı saxta məlumatlar yaymasına dair hazırladıqları sənədi təqdim edib.

 

Aprelin 20-nə aid olan bu sənəddə qeyd edilir ki, hər 3 ölkə bu saxta məlumatlarda koronavirusun "Amerikanın öz müxaliflərini yox etmək üçün hazırladığı bioloji silah" olduğu, eləcə də özlərinin Qərblə müqayisədə pandemiya ilə mübarizədə "daha effektiv" olduqlarını insanlara təlqin etməyə çalışırlar.

 

Aİ-nin sənədində qeyd edilir ki, İranın Amerika sanksiyalarının bu ölkənin koronavirusla mübarizə aparmasına "zərbə vurduğuna" dair iddiaları Rusiya mediası tərəfindən geniş şəkildə təbliğ edilir. Bununla da, tərəflər ABŞ-ın İran, Rusiya, Suriya, Venesuelaya qarşı qəbul etdiyi və Tramp administrasiyası dövründə şiddətlənən sanksiyaların ləğv edilməsinə çalışırlar.

 

Avropa İttifaqının Xarici Əlaqələr İdarəsinin strateji əlaqələr şöbəsi tərəfindən hazırlanan sözügedən sənədə görə, Rusiya apardığı təbliğatlarda koronavirusun Aİ tərəfindən bu ölkəyə qarşı başladılmış iqtisadi müharibə olduğuna dair irəli sürdüyü iddiaları gücləndirməyə gen-bol yer verir.

 

Bundan öncə isə Aİ yaydığı digər hesabatda Rusiya və Çinin koronavirusla bağlı yalan məlumatlar yaymaq kampaniyasına start verdiyi, bunun isə bütün insanların həyat və sağlamlığı üçün təhlükəli nəticələr törədə biləcəyini bəyan etmişdi.


Yeni hesabatda Çin, xüsusilə isə Rusiyanın rəsmi media qurumlarının koronavirusdan istifadə edərək, anti- Avropa İttifaqı təbliğatını, koronavirusun təbii xəstəlik deyil, "məkrli plan" olduğu nəzəriyyəsini genişləndirdiyi vurğulanır.

 

İki ölkənin "Facebook", "Twitter", "Google" və digər platformalar vasitəsilə yaydığı həmin yalan xəbərlər hələ də yayılmaqdadır. Sənəddə qeyd edilir ki, "Google" öz platformasında bu xəbərlərin reklam kimi yerləşdirilməsindən böyük məbləğdə gəlir əldə etdiyindən, onların reklamını verib. Media qurumları "Google" şirkətinə məsələ ilə bağlı müraciət etsələr də, şirkət suallara cavab verməyib.

 

Sənədin sonunda qeyd edilir ki, ukrayna, çex və rus dillərində olan məlumatların çoxunun hələ də sosial şəbəkələrdə dövr etməsi qlobal miqyasda insanların sağlamlıqlarını böyük təhlükə qarşısında qoyur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar