SON XƏBƏRLƏR

İran sanksiyaya, sanksiya ilə cavab verəcək

2021.10.20, 07:36
İran sanksiyaya, sanksiya ilə cavab verəcək

Gunaz.tv

GünAzTv: Obamaya deirəm, əyləndirmək zamanı bitdi, inşa dərsləri qurtardı, haqq-hesab imtahanına gəlib çatdıq. Bu sözləri İran parlamentinin rəhbəri Əli Laricani deyib.

İran parlamentinin rəhbəri Əli Laricani İranın gəmi və təyyarələrinin axtarılmasını nəzərdə tutan qərarın tətbiq olunması halında Bəsrə körfəzindən keçən ABŞ (Amerika Birləşmiş Ştatları) gəmilərində axtarışlar aparacaqlarını açıqlayıb. Laricani həmçinin uranın zənginləşdirilməsi prosesini də davam etdirəcəklərini və hətta bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirəcəklərini bəyan edib.Laricani «ABŞ və bəzi avantüristı ölkələri xəbərdar edirik, əgər İranın gəmi və təyyarələrini axtarmaq həvəsinə düşsələr, əmin olsunlar ki, Bəsrə körfəzi Əmman dənizindən keçən bu ölkələrə məxsus gəmilərdən hesab soruşacağıq» deyə xəbərdarlıq edib: «ABŞ prezidenti Barak Obamaya xitab olaraq dyirəm: çıxışlar edərək əyləndirmək zamanı bitdi, inşa dərsləri qurtardı, artıq haqq-hesab imtahanına gəlib çatdıq».Qərb ölkələrinin İranın tədqiqat reaktoru üçün ehtiyacı olan yanacağı təmin etmədiklərini xatırladan İran parlament rəhbəri hökumətə «Uranı zənginləşdirmə minimumunu 20 faizə yüksəldin» deyə çağırış edib: «Zorbaçı və məsuliyyətsiz ölkələr bilsinlər ki, onlar məntiqsiz təzyiqlərini nə qədər artırsalar, biz dəbir o qədər zənginləşdirmə nisbətini artıracağıq».Qəzzə məsələsinə toxunan Laricani bəzi İslam ölkələri məclislərinin Qəzzə mühasirəsini qırmaq üçün yeni humanitar kömək konvoyları çıxaracaqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar