SON XƏBƏRLƏR

İran saytı: “İranda alkoqollu içkilərin qəbulu Qərbi, o cümlədən Amerikanı geridə qoyub”

2021.10.20, 07:36
İran saytı: “İranda alkoqollu içkilərin qəbulu Qərbi, o cümlədən Amerikanı geridə qoyub”

Gunaz.tv

GünAzTV: Dekabrın 3-də İranda Qum dini dairələrinə yaxın “ensafnews.com” saytı ölkədə vətəndaşların alkoqullu içkilərdən istifadəsinin xeyli artması barədə yazı dərc edib.

 

Ruhanilərin son 40 ildə hakimiyyətdə olduğu dövrdə ölkə əhalisi arasında aparılan bütün dini təlim və təbliğatların iflasa uğradığı vurğulanan yazıda bildirilir ki, İranda alkoqollu içkilərin qəbulu gündən-günə artır və islam respublikası hazırda bu baxımdan Qərb ölkələrini, o cümlədən də Amerikanı geridə qoyub. Yazıda ölkə əhalisinin alkoqollu içkilərə qurşanmasının səbəbləri barədə müxtəlif fikirlər səsləndirilib.

 

Yazı, yayılmasından bir neçə saat sonra naməlum səbəblərə görə saytdan silinib.

 

Beynəlxalq Səhiyyə Təşkilatının dünya ölkələrində alkoqollu içkilərin qəbulu ilə bağlı yaydığı statistik rəqəmlərə görə, Amerika cədvəlin 104-cü yerini tutduğu halda, İran bu cədvəlin 19-cu yerini tutur.

 

Xatırladaq ki, İran səhiyyə nazirinin müavini 2015-ci ildə jurnalistlərə açıqlamasında bildirmişdi ki, İran İslam Respublikası vətəndaşları hər il ən azı 420 milyon litr alkoqollu içkilər qəbul edirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar