İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30 14:45

İranın “Mashreghnews” saytı öz torpaqlarını Ermənistan işğalından azad etməyə çalışan Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatlar yayıb.

Gunaz.tv Quote | Gunaz article

“Mashreghnews” saytının oktyabrın 27-də yaydığı “Müharibənin başlanmasından sonra Qarabağdakı son dəyişikliklər və Türkiyənin ezam etdiyi terrorçuların İranla müştərək sərhəd bölgələrinə yerləşdirilməsi” başlıqlı yazıda Azərbaycan Ordusu terrorçu qruplaşmalarla əməkdaşlıqda günahlandırıb: 


“Azərbaycan Ordusunun bölmələri, Türkiyə hökumətinin, sionist rejimin və terrorçuların dəstəyi ilə təxminən 2200 kvadrat kilometrə qədər Dağlıq Qarabağ ərazisini ələ keçirərək İranla 86 kilometr uzunluğu olan sərhəd məntəqələrinə yerləşdirilib. 


Qarabağ bölgəsində gedən savaşın ilk günlərində Azərbaycan Ordusunun cəbhədə irəliləmə sürəti zəif idi və Ermənistan qüvvələri müqavimət edirdilər. Lakin zaman keçdikcə vəziyyət dəyişdi və Bakı savaşda üstünlüyü ələ alaraq daha geniş ərazilərə nəzarəti ələ ala bildi.


Əlbəttə unutmaq olmaz ki, Bakı əldə etdiyi böyük qələbələrə görə, verdiyi geniş dəstəyə görə Türkiyə hökumətinə borcludur. Şübhə yoxdur ki, Ankaranın hərtərəfli hava dəstəyi olmasaydı, Azərbaycan qüvvələrinin Qarabağdakı işi çox çətin və mürəkkəb olacaqdı.


Türkiyənin Bakıya dəstəyi təkcə havada olmayıb, bu dəstək quruda da olub. Misal üçün Ankara hərbi avadanlıqlar və müstəşarlar göndərməklə, eləcə də öz əmrinə tabe olan ən azı 2 min terrorçu ünsürü Suriyanın işğal altında olan şimal-qərb məntəqələrindən və Liviyadan toplayıb Qarabağ bölgəsinə ezam etməklə Azərbaycana dəstək verib.


Nəzərə almaq lazımdır ki, Araz çayının şimalında yaranan koalisiya təkcə Bakı, Ankara və təkfirçi ünsürlər üçbucağı ilə məhdudlaşmır və sionust rejimi də bu savaşda özəl rol oynayır.  Bununla da ümumiyyətlə demək olar ki, ölkəmizin şimal-qərb sərhədləri yaxınlığında yaranmış bu təhlükəli koalisiya dördbucaqdan təşkil edilib. 


Əldə edilən son məlumata görə, hazırda Türkiyə hökumətinin, sionist rejimin və terrorçu ünsürlərin dəstəyi ilə Azərbaycan Ordusunun Qarabağın şimal və cənub (İranla həmsərhəd bölgələrdə) istiqamətlərində apardığı hərbi əməliyyatlar davam edir.


Yayılan məlumata əsasən, Azərbaycan, Türkiyə, sionist rejimi və terrorçu qruplaşmalardan ibarət koalisiya qüvvələri Qarabağda 2 165 kvadrat sahəsində olan onlarla kənd və şəhəri Ermənistan qüvvələrinin nəzarətindən çıxararaq, öz əllərinə alıblar. Koalisiyanın nəzarəti altına alınan ərazilərin 95%-i isə İranla həmsərhəd bölgələrdə yerləşir. Bu isə onu göstərir ki, bu koalisiyanın başqa niyyət və hədəfləri var. 


Qarabağın cənubunda baş verən olayları daha aydın və şəffaf izah etmək üçün bildirməliyik ki, Azərbaycan hərbçiləri Ankaranın dəstəklədiyi terrorçu ünsürlərin yardımı ilə uzunluğu 86 kilometr olan ölkəmizlə müştərək sərhəd məntəqələrinə tam nəzarəti əllərinə alıblar. Bu isə ölkəmizin milli mənafeyinə qarşı ciddi bir təhlükə sayılır. 


Bu elə bir təhlükədir ki, son günlər ölkəmizin yüksək rütbəli hərbi komandirləri ona toxunaraq, regionda hər hansı bir geosiyasi dəyişiklik edilməsi barədə xəbərdarlıq ediblər. Məhz bu xəbərdarlıqlara görədir ki, “Sepah”ın quru qüvvələrindən olan hərbi bölmələr məntəqəyə yerləşdirilib, ordu qüvvələri isə hazırol vəziyyətinə gətirilib” – İran hökumətinə və “Sepah”a yaxın “Mashreghnews” saytının Dağlıq Qarabağ münaqişəsi xüsusunda Azərbaycan hökumətinə və ordusuna qarşı yaydığı yalan və böhtan doluyazısında bildirilir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020 : Coronovirus dünyanı yenidən silkələyir.

2020-12-03

gun az article

Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib

2020-12-03

gun az article

İranın Gülüstan əyalətində daha 3 nəfər saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirib

2020-12-03

gun az article

Co Bayden: “İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-12-03

gun az article

İranda daha 358 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 49 000 nəfəri keçib (Rəsmi statistika)

2020-12-03

gun az article

Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

2020-12-03

gun az article

Xankəndi şəhəri də yeni yaradılan Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib

2020-12-03

gun az article

Laçın şəhərindən - Video

2020-12-03

gun az article

Bakıda parada hazırlıq işlərinə başlanıldı

2020-12-03

gun az article

“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - XTD üzvü +Video

2020-12-03

gun az article

Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - Video

2020-12-03

gun az article

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

2020-12-03

gun az article

Çavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib

2020-12-03

gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02