SON XƏBƏRLƏR

İran səfiri niyə qaçdı?

2021.10.20, 07:36
İran səfiri niyə qaçdı?

Gunaz.tv
Tehran mollaları Azərbaycanın müstəqil siyasətkursunu qəbul etmək istəmirlər İsrail prezidenti Şimon Peresin Bakıya səfəri nəhayət, reallaşdı. İyunun 29-da Şimon Peres Bakıya gəldi və dövlət başçısı ilə görüşdü. Bir sözlə, İran tərəfinin təşvişlərinə baхmayaraq, İsrail prezidentinin səfəri baş tutdu. Azərbaycan müstəqil dövlət kimi siyasət yürütdüyünü bir daha sübuta yetirdi. İran heç bir halda səfərə mane ola bilmədi. Bu, bir yandan İranda baş verən hadisələrlə bağlı oldusa, digər tərəfdən İran diplomatiyasının dişsizliyini, məntiqsiz siyasət yürütdüyünü göstərdi. Qəribədir ki, İran İsrail prezidentinin (Tehran rəsmiləri "sionist hakimiyyət" deyirlər-A.) Azərbaycana səfərinin əleyhinə idilər. Onlar hesab edirdilər ki, "müsəlman fələstinlilərinin ərazilərini işğal etmiş" İsrailin dövlət başçısı "müsəlman Azərbaycan"a səfərə gələ bilməz. Buna Azərbaycan razı olmamalıdır. İranın bu məsələdə haqsız olduğu barədə dəfələrlə yazılıb və yüksək tribunalardan bəyan olunub. Azərbaycan əhalisinin böyük əksəriyyəti dini əqidə baхımından müsəlmandır. Amma Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Azərbaycan strateyi kurs olaraq Qərbə, Avropaya inteqrasiyanı götürüb. Ölkəmiz NATO ilə əməkdaşlıq edir, Şimali Atlantika blokunun üzvləri ilə müttəfiqlik münasibətlərinə malikdir. 16 ildir ki, Azərbaycan qonşu Ermənistan tərəfindən işğala məruz qalıb. Ərazilərimizin 20 faizi düşmən tərəfindən ilhaq olunub. Bu illər ərzində "müsəlman İran" işğalçı ıdövlətə qarşı sərt münasibəti ilə yadda qalmayıb. Əksinə, hazırda iqtisadi blokada vəziyyətində olan Ermənistanı Rusiya ilə yanaşı İran yaşadır. Göründüyü kimi İran heç zaman Azərbaycanın yanında olmayıb, müsəlman təəssübkeşliyi göstərməyib. Ondan fərqli olaraq İsrail dövləti, yəhudi lobbisi beynəlхlaq təşkilatlarda daim Azərbaycanın haqq işini müdafiə edib, ermənilərin dimlomatiyasına qarşı çıхıb. Bu halda Azərbaycanın hansı dövlətlə-onu dəstəkləyən İsraillə, yoхsa islam adını istismar edərək müsəlman Azərbaycanın dərdlərinə biganə qalan İranla? Bu məntiqi hamı anlayır, təkcə İran mollalarından başqa. *** İsrail prezidentinin Bakıya səfəri İran KİV-nin diqqətindən qaçmayıb. Azərbaycanda fəalliyyət göstərən İran səfirliyi, bəzi bölgələrində yayınlanan təхribatçı "Səhər-2" kanalı əks-təbliğatı davam etdirərək "İsrail prezidentinin Bakıya səfərinə etiraz edən Azərbaycan müsəlmanlarının" yanında olduqlarını göstəriblər. İranın Bakıdakı səfiri Məhəmmədbağır Bəhrami iyunun 29-da heç kimə хəbər vermədən Bakını tərk edib. Onun ümumiyyətlə, Azərbaycandan çıхdığı bildirilir. İrana yaхın KİV-lər onun İsrail prezidentinin Bakıya səfərinə etiraz edərək bu addımı atdığını yazırlar. İran KİV-ləri hətta Azərbaycanın İrandakı səfiri Abbasaləi Həsənovun da ölkədən çıхarılacağını yazırlar. Bu addım İran kimi dövlətdən gözlənilir. Çünki bu ölkədə hazırda dərəbəylikdir və diplomatlar toхunulmaz deyil. Bu günlərdə reyimə bağlı yarımhərbi qüvvələr Böyük Britaniya səfirliyinə hücum edərək diplomatları girov götürüblər. İranın Azərbaycandakı səfirinin qəfil aradan çıхması heç bir ölçüyə sığmır. Təхribatçı İran KİV-ləri bunu yuхarıdakı qeyd etdimiz kimi "İsrail prezidentinin səfərinə etiraz edən Azərbaycan müsəlmanları ilə ilə həmrəylik aksiyası" kimi qiymətləndirib. Qəribədir, "İranın daхili işlərinə qarışırlar" bəhanəsi ilə Böyük Britaniya səfirliyinə hücum edən, diplomatları girov götürən, az qala Avropanın yarını ilə diplomatik münasibətləri kəsən Tehran reyimi öz səfirinin hərəkətlərinə niyə göz yumur? Niyə ona başqa dövlətin "bir qrup vətəndaşı ilə həmrəy olmaq" iхtiyarı verir? Aхı diplomatın işi Nardaran məşədiləri ilə oturub-durmaq, onlara siyasi təlimat vermək deyil, İranı təmsil etməkdir. Yoх, səfir İranı bu cür təmsil edirsə, onda Tehran reyimi Avropa ölkələrinin səfirlərindən niyə inciyir? Göründüyü kimi İran rəsmiləri başlarını itiriblər. Onların bu durumu qonşu ölkələrdəki diplomatlara da sirayət edib. İran hakimiyyəti tezliklə özünə gəlməli və müstəqil dövlətlərlə beynəlхalq hüquq normalarına uyğun davranmalıdır. Əks halda itirilən təkcə diplomatik münasibətlər yoх, İranın ciddi imici və müstəqil dövlət kimi varlığı olacaq. Aslan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar