SON XƏBƏRLƏR

İran Səhiyyə Nazirliyi ölkənin 7 vilayətində qida çatışmazlığının olduğu barədə məlumat yayıb

2021.10.20, 07:36
İran Səhiyyə Nazirliyi ölkənin 7 vilayətində qida çatışmazlığının olduğu barədə məlumat yayıb

Gunaz.tv

GünAz TV: İran Səhiyyə Nazirliyinin qida şöbəsinin rəhbəri Zəhra Abdullahi ölkənin 7 vilayətində kəskin qida çatışmazlığının, eləcə də mövcud ərzaqların keyfiyyətinin çox aşağı səviyyədə olduğunu deyib.

 

Nazirliyin rəsmisi həmin vilayətlərin Sistan və Bəlucistan, Kohgiluyə və Boyer-Əhməd ostanı, İlam, Hörmüzqan, Xuzistan, Kirman və Cənubi Xorasan olduğunu deyib.

 

Zəhra Abdullahi qıtlıqdan əlavə, sözügedən vilayətlərdə satılan ərzaq məhsullarının standartlara uyğun olmadığını, bunun isə əhalinin həyat və sağlamlığına ciddi təhlükə yaratdığını bildirib.

 

O, qeyd edilən vilayətlərdə qida təhlükəsizliyinin aşağı səviyyədə olmasının xüsusən uşaqların sağlamlığına ciddi təsir göstərdiyini əlavə edib.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin sadalanan vilayətlərə qarşı etinasızlığı əhalinin ağır şəraitdə yaşamasına səbəb olur. Xüsusilə də, Sistan və Bəlucistan və Xusiztan vilayətlərində insanların çoxu kasıblıq həddindən də aşağı səviyyədə yaşayır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar