İranın Sistan-Bəlucistan əyalətinin Pakistan sərhəddinə yaxın Zəhək məntəqəsində naməlum silahlı dəstə üzvləri ilə baş verən silahlı qarşıdurmada İran sərhədçisi Rza Əsədullahi həlak olub.
Gunaz.tv
Bu barədə Sistan-Bəlucistan əyalətinin sərhəd komandanı Məhəmməd Mollaşahi bu gün mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, hadisə yanvarın 13-ü axşam saatlarında İran sərhədçiləri Zəhək məntəqəsində reyd keçirərkən baş verib: “Reyd zamanı naməlum yaraqlı dəstə üzvləri ilə qarşıdurma yaranıb. Atışma nəticəsində sərhədçilərimizdən biri Rza Əsədullahi aldığı güllə yarasından həlak olub”, -deyə, Sistan-Bəlucistan əyalətinin sərhəd komandanı Məhəmməd Mollaşahi bəyan edib.
O, bölgədə hücumçuları yaxalamaq üçün axtarış əməliyyatına başladığını bildirsə də, hücumçuların kimliyi barədə hər hansı bir açıqlama verməyib.
A.M