SON XƏBƏRLƏR

İran suriyalılar üçün 30 mindən çox ev tikəcək

2021.10.20, 07:36
İran suriyalılar üçün 30 mindən çox ev tikəcək

Gunaz.tv

GünAz TV: İranın Yollar və Şəhərsalma nazirinin müavini Mahmud Mahmudzadə ölkəsinin suriyalılar üçün 30 mindən çox ev tikəcəyini deyib.

 

O bildirib ki, bu xüsusda artıq rəsmi Tehranla Dəməşq arasında ilkin razılaşma əldə edilib.

 

“Razılaşmaya əsasən, inşaatçılar, tikinti, infrastrukturun qurulması, nəqliyyat, yol çəkilməsi və digər bu kimi sahələrdən professional olan şəxslərin Suriyada yenidənqurma işlərinə başlamaları, eləcə də lazım olan araşdırmaların aparılması üçün münasib şəraitin yaradılması istiqamətində iki ölkə arasında 3 dövlət şirkəti yaxın zamanda irəli çıxan bütün vəzifələri yerinə yetirməlidirlər”, - deyə Mahmud Mahmudzadə əlavə edib.

 

Rəsmi artıq mənzillərin Suriyanın hansı bölgələrində tikiləcəyinin müəyyən edildiyini, bu gündən etibarən tikinti işlərini aparmaq istəyən digər şirkətlərin müraciətlərinin başlandığını deyib.

 

Xatırladaq ki, İran bundan öncə Livanda müharibə nəticəsində dağılmış bina və mənzillərin, eləcə də infrastrukturun tikintisinə milyardlarla dollar xərcləmişdi. İran əhalisinin özünün acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, iranlı rəsmilər fələstinlilərə də pulsuz mənzil tikib paylayırlar. Bundan başqa, İran İraqda olan dini abidələrin yenidən qurulmasına da milyardlarla dollar vəsait xərcləyib.

 

Digər tərəfdən, “İsna” xəbər agentliyinin yanvarın 31-də yaydığı xəbərdə qeyd edilirdi ki, İran əhalisinin 20 milyondan çoxu normal həyat üçün minimum şəraiti belə olmayan bölgələrdə yaşayırlar. Həmin rayon və qəsəbələrin infrastrukturu bərbad vəziyyətdə olmaqla yanaşı, insanları daxmalarda yaşayır və məktəblər də daxma formasındadır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar