SON XƏBƏRLƏR

İran Təhsil Nazirliyindən humanitar fakültələrə qadağa

2021.10.20, 07:36
İran Təhsil Nazirliyindən humanitar fakültələrə qadağa

Gunaz.tv

GünAzTv: İranın Təhsil Nazirliyi ali təhsil müəssisələrində humanitar fakültələrin – hüquq, siyasət, idarəçilik, sosiologiya, fəlsəfə, gender araşdırmaları və insan haqları kimi fakültələrin açılmasını yasaqlayan qərar verib.

GünAzTv mətbaut mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, İranın dövlət radiosuna danışan nazirlik rəsmisi Əbülfəzl Həsəni deyib ki, humanitar elmlər müqəddəs islam dəyərlərinə olan inamı azaldan Qərb mədəniyyətinə və materialist prinsiplərə əsaslanır: “Bağlanmış humanitar fakültələrin bərpasına da imkan verilməyəcək. Bu fakültələrdəki tədris olunan fənlərin məzmunu dəyişdiriləndən sonra onların 70 faizinin bərpa olunmasına icazə veriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar