SON XƏBƏRLƏR

İran Teleradio qurumu növbəti dəfə Azərbaycan ərazisi üçün saxta addan istifadə edib

2021.10.20, 07:36
İran Teleradio qurumu növbəti dəfə Azərbaycan ərazisi üçün saxta addan istifadə edib

Gunaz.tv

GünAz TV: İran Teleradio təşkilatına bağlı olan “Gənc Jurnalistlər Klubu” xəbər agentliyi Güney Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərini saxta adla təqdim edərək “Mahabad əyaləti” adlandırıb.

 

 

Teleradio təşkilatının siyasi müavinliyi nəzarətində fəaliyyət göstərən agentlik saytının əyalətlər üzrə xəbər bölməsində Qərbi Azərbaycan əyalətində yerləşən Soyuqbulağı bu əyalətin bir hissəsi kimi deyil, “Mahabad Əyaləti” kimi qələmə verib.

 

 

Kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmə planına dəstək olaraq dəyərləndirilən İran hakimiyyətinin bu anti-türk hərəkəti azərbaycanlıların narazılığına səbəb olub.

 

 

Azərbaycanlıların fikrincə, bu hərəkət təsadüfi baş vermiş səhv deyil və planlı şəkildə Azərbaycan ərazisini bölmək və insanları psixoloji olaraq yeni inzibati ərazi bölgüsünə hazırlamaq məqsədini daşıyır.

 

 

Daha öncə də dəfələrlə İran rəsmi orqanları, o cümlədən, Teleradio şirkəti Güney Azərbaycanın həmin ərazisini saxta adla təqdim edib. Qurumun 1-ci Telekanalı 2017-ci ildə Soyuqbulağı “Mahabad Əyaləti” olaraq təqdim etməsi azərbaycanlıların etirazına səbəb olmuşdu.

 

 

 

Soyuqbulaq Azərbaycanın ən qədim türk şəhərlərindən biridir, lakin son 100 ildə Pəhləvi rejimi və İslam Respublikası tərəfindən kürdləşdirilib. Buna baxmayaraq hələ də həmin məntəqədə bir çox coğrafi adlar türk dilindədir.

 

 

Qeyd edək ki, İranda bütün əyalətlərdə təkcə bir yerli telekanal fəaliyyət göstərir. Lakin bu məsələdə Soyuqbulaq şəhəri istisna təşkil edir. İran rejimi Soyuqbulaqda kürd dilində müstəqil telekanal yaratmaqda Qərbi Azərbaycanın bölünməsinə şərait yaradır.  

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar