İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14 13:44

İran Dövlət Televiziyasının Kanal1 kanalının xəbərlər proqramında Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edilib.

Gunaz.tv Quote | Gunaz article

Belə ki, xəbərlər proqramının dünən axşamkı buraxılışında Qarabağın işğalı faktını yalnız "münaqişə" adlandırmaqla kifayətlənən aparıcı Qarabağı "ermənilərə məxsus ərazi" kimi təqdim edib. 
 

"Azərbaycan Republikası ilə Ermənistan arasındakı münaqişənin başlanması 1990-cı illərin əvvəllərinə, yəni hər iki ölkənin Sovet Sosialist Respublikaları İttifaqından ayrıldığı dövrə təsadüf edir. Həmin dövrdə ermənilərin kompakt yaşadığı Qarabağ Azərbaycanın tərkibində idi. Lakin Sovetin dağılmasından sonra Ermənistan Qarabağa nəzarəti öz əlinə aldı və o vaxtdan etibarən iki ölkə arasında ara-sıra toqquşmalar baş verir", - deyə aparıcı iddia edib. 

 


Proqram ərzində bir dəfə olsun belə işğal sözünü dilə gətirməyən aparıcı Ermənistanı Qarabağın "əsl sahibi" kimi tamaşaçılara təqdim etməyə çalışıb. 


Qeyd etmək lazımdır ki, İran Ermənistana dəstək göstərən başlıca ölkələrdən biridir. Nə iranlı rəsmilər, nə də İran rejiminin media orqanları heç vaxt Qarabağın işğal faktını dilə gətirmirlər. 


İyulun 13-də son toqquşmalara İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi də neytral mövqe bildirmişdi. İşğalçını və işğal faktını pisləməyən Musavi tərəfləri yalnız təmkinli olmağa çağırmaqla kifayətlənmişdi. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Sepah”ın Suriyada həlak olmuş daha 2 əfqan muzdlusunun cənazəsi ölkəyə gətirilib

2020-08-14

gun az article

Kirman əyalətində koronavirusa yoluxanların sayı 583 nəfərə çatıb, 12 nəfər vəfat edib

2020-08-14

gun az article

Mayk Pompeo: “Orta Şərq yekdilliklə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını tələb edir”

2020-08-14

gun az article

İran BƏƏ ilə İsrail arasında əldə edilmiş tarixi razılaşmanı pisləyib

2020-08-14

gun az article

Amerika Venesuelaya benzin daşıyan 4 İran tankerini saxlayıb

2020-08-14

gun az article

Zərif Beyruta rəsmi səfər edib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

2020-08-13

gun az article

GünazTV Aug.13.2020: “Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

2020-08-13

gun az article

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ermənistan səfiri ilə görüşüb

2020-08-13

gun az article

Buşehr əyalətində koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-13

gun az article

İsrail yeni hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib

2020-08-13

gun az article

Makronla Ruhani Livandakı vəziyyəti müzakirə ediblər

2020-08-13

gun az article

Pompeo Avropanın İrana qarşı silah embarqosununun uzadılmasını dəstəkləyəcəyindən əminlik ifadə edib

2020-08-13

gun az article

İranda daha 174 nəfər koronavirusdan ölüb, 2625 nəfər xəstəliyə yoluxub

2020-08-13

gun az article

İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb- VİDEO

2020-08-13

gun az article

İranın neft istehsalı azalmağa davam edir

2020-08-13

gun az article

Tehranda karantin qaydaları uzadılıb

2020-08-13

gun az article

Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

2020-08-12

gun az article

GünazTV Aug.12.2020:“Amerika peyvənd dozlarının istehsalı üçün 100 milyon dollarlıq razılaşma imzaladı”

2020-08-12