İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18 15:28

İran Televiziyasının "Kanal4" kanalının "Zaviyə" proqramında keçirilən debatda "Keyhan" qəzetinin sabiq müdiri və mühafizəkarların əsas nümayəndələrindən sayılan Mehdi Nəsiri ölkə əhalisinin 70%-nin məcburi hicaba qarşı olduğunu deyib.

Gunaz.tv Quote | Gunaz article

O bildirib ki, bu nəticə Mədəniyyət Nazirliyinin bir qrup vətəndaş arasında keçirdiyi sorğunun nəticəsində məlum olub. 


Mehdi Nəsirinin sözlərinə görə, sorğunun nəticəsi ürəkaçan olmadığından, bu, ictimaiyyətə açıqlanmayıb. 


O qeyd edib ki, "islam inqilabı"ndan keçən 40 il müddətində cəmiyyətdə hicaba meyl azalıb və qadınlar "hicabsızlığa üz tutublar". 


40 ilin təcrübəsi göstərir ki, hökumətin hicabl qorumaq üçün onu məcbur etməsi hicaba marağın azalmasının əsas səbəbidir. Bu proses nə məntiqi, nə ağlı, nə də ki şəri cəhətdən davam etməməlidir", deyə "Keyhan" qəzetinin sabiq müdiri əlavə edib. 


Mehdi Nəsiri, həmçinin bildirib ki, cəmiyyətin əksəriyyəti məcburi hicaba qarşı olduğundan, bu xüsusda olan qanunu icra etmək mümkün deyil və buna görə də hökumət həmin qanunu ləğv etməlidir. 


Onun sözlərinə görə, İran rejimi əvvəllər video və peyk antenalarından (mahvarə) istifadə ilə də kəskin mübarizə aparırdı, lakin bir müddətdən sonra bu, heç bir nəticə vermədi. Ona görə də sonunda, gec də olsa belə, baş örtüyünün də məcburi olması arada qalxacaq. 


O, sonda hicabsızlıqla mübarizənin kasıblıq və ədalətsizliyə qarşı mübarizədən daha kəskin olmasını tənqid edib. 


Məsələn, əgər 12 yaşlı 1 qız uşağı zibillikdə nəsə axtarsa, ona diqqət yetirilməz. Amma o qız baş örtüyün çıxarsa, bu, artıq ciddi bir məsələ olacaq. Video çəkə-çəkə hicabsız 100 metr yol getsə, o zaman bu, əsaslı bir problemə ya məsələyə çevriləcək", - deyə Mehdi Nəsiri fikrini tamamlayıb. 


Qeyd etmək lazımdır ki, o, bu sözləri hazırda məcburi hicaba qarşı sivil etiraz edən onlarla qadının İran rejiminin zindanlarında məhbusluq həyatı yaşadığı bir vaxtda səsləndirir. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18