SON XƏBƏRLƏR

İran-Türkiyə görüşündə “Güney Azərbaycan İran deyil” banneri nümayiş etdirilib, “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” şüarı səsləndirilib – VİDEO

2021.10.20, 07:36
İran-Türkiyə görüşündə “Güney Azərbaycan İran deyil” banneri nümayiş etdirilib, “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” şüarı səsləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Mayın 28-də Türkiyə və İran yığmalarının İstanbulun Fateh Terim stadionunda keçirilən görüşündə Güney Azərbaycana dəstək olaraq milli şüarlar səsləndirilib.

 

Məlumata görə, görüşə tamaşaçı qismində qatılan Azərbaycan Milli Hərəkat fəalları və digər güneyli soydaşlarımız “Traxtur” komandası, Azərbaycan Respublikası və Türkiyə bayraqlarını qaldıraraq qardaş ölkənin komandasına dəstək veriblər.

 

Onlar ingilis dilində “Güney Azərbaycan İran deyil” şüarı yazılmış banner də nümayiş etdirib. Bannerin aşağı hissəsində isə “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” sözü yazılıb. Banner onlarla jurnalistin kamerası qarşısında nümayiş etdirilib.

 

Məşhur banner nümayiş etdirildiyi zaman türkiyəli soydaşlarımız milli fəallarla birlikdə “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” şüarı səsləndiriblər.

 

Videoda görüçdüyü kimi türkiyəli gənclər “Azərbaycan sən bizim qardaşımızsan” şüarını da dilə gətiriblər.

 

https://www.youtube.com/watch?time_continue=2&v=1KZJNyc4Y8o

 

https://www.youtube.com/watch?time_continue=49&v=Wb5Cnkas5aY

 

 

İranın İstanbuldakı Konsulluğu görüş üçün pulsuz bilet və İran bayrağı paylamaqla stadionda İranın xeyirinə ab-hava yaratmaq istəyib, lakin soydaşlarımız səsləndirdikləri milli şüarlar və nümayiş etdirdikləri bannerlərlə onları kölgədə qoyublar.

 

“Güney Azərbaycan İran deyil” banneri bir neçə il əvvəl Təbrizdə “Traxtur” komandasının görüşündə qaldırılmışdır. Bu səhnə İran televiziyasının canlı verilişində də istəmədən yayılmışdır. Sosial şəbəkələrdə geniş yayılan bannerin görüntüləri dünya mətbuatının da diqqətini çəkmişdir. Bununlada Güney Azərbaycan türk millətinin mübarizə mesajı Təbriz və İstanbulda nümayiş etdirilən məşhur banner vasitəsi ilə İran və dünya ictimaiyyətinə çatdırmış olub.

 

Görüş 2:1 hesabı ilə Türkiyə yığmasının xeyirinə yekunlaşmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar