SON XƏBƏRLƏR

İran və Ermənistan arasınad neft kəməri tikiləcək

2021.10.20, 07:36
İran və Ermənistan arasınad neft kəməri tikiləcək

Gunaz.tv
GünAzTv:GÜNAZ.TV mətbuat mərkəzinin "ans"-ə istinadən yaydığı məlumata görə, İran-Ermənistan neft məhsulları kəmərinin inşasına dair maliyyə sazişinin yaxın vaxtlarda imzalanması planlaşdırılır. Bu məlumatı Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan verib. O deyib ki, danışıqlar artıq başa çatıb və yaxın vaxtlarda maliyyə sazişi imzalanacaq. Nazir qeyd edib ki, layihədə Ermənistan, Rusiya və İran iştirak edəcək. Maliyyələşdirmənin əsas mənbəyi İran krediti olacaq. Rusiyanın “Qazprom” şirkəti ona tabe olan “Armrosqazprom” vasitəsilə layihənin 5-10 faizini maliyyələşdirə bilər. Tikinti işlərinə gələn il, hava şəraiti imkan verdikdə başlamaq planlaşdırılır. Bir qədər əvvəl A.Movsisyan deyib ki, Təbriz-Yerasx neft məhsulları kəmərinin gücü ildə 1,5 milyon ton təşkil edəcək. Ermənistanın yanacağa olan daxili tələbatı isə ildə 450-500 min tona bərabərdir. Odur ki, benzin və dizel yanacağının bir hissəsini ixrac etmək planlaşdırılır. Qeyd edək ki, layihənin ümumi dəyəri 280 mln. dollar təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar