İran və Rusiya Buşehr AES-in 2-ci blokunun reaktorunun tikintisinə başlayıb

11.11.2019, 02:19

GünAz TV: İran Buşehr Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun tikintisin başladıldığını elan edib.

 

Noyabrın 10-da keçirilmiş beton tökmə mərasimində İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi və Rusiya Dövlət Atom Enerjisi Qurumunun (Rosatom) icraçı direktorunun birinci müavini Aleksandr Lokşin də iştirak ediblər.

 

İran Atom Enerji Təşkilatının yaydığı məlumata görə, reaktorun tikintisi üçün bünövrə qazma işləri 2017-ci ilin noyabr ayında başlayıb, layihənin 2-ci mərhələsi olan beton tökmə işləri isə müəyyən müddət təxirdən sonra ötən gün start götürüb.

 

Mərasimdə çıxış edən Salehi Buşehr AES-in 2-ci və 3-cü bloklarının 2025- 2026-cı illərə qədər artıq istismara veriləcəyinə ümid etdiyini deyib. O, həmçinin atom enerjisi üzrə təcrübələrini körfəz ölkələri ilə bölüşməyə hazır olduqlarını bəyan edib.

 

İranlı rəsmilərin iddialarına əsasən, hər 3 blok birlikdə 3 min maqavat enerji istehsal etmək gücünə sahib olacaq.

 

Xatırladaq ki, körfəz ölkələri dəfələrlə sözügedən AES-in həssas tektonik zonada yerləşdiyinə görə, onlara qarşı təhdid yaratdığından narahatlıq ifadə ediblər.

 


Layihənin əsas podratçısı Buşehrin ilk blokunu 12 il təxirdən sonra 2011-ci ildə təhvil verən Rusiyanın "Atomstroyexport" şirkətidir.

 

Buşehr AES-ə uran Rusiyadan gətirilir və MAGATE bu prosesə nəzarət edir. Buna baxmayaraq, İran bir neçə gün öncə bəyan edib ki, Buşehrin enerjisini təmin etmək üçün uranın zənginləşdirilməsini 4.5%-ə çatdırıb. Bu isə öz növbəsində 2015-ci il nüvə razılaşması ilə ziddiyyət təşkil edir.

 

 Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24