SON XƏBƏRLƏR

İran vəziyyətdən çıxmaq üçün seçki qanunu ilə bağlı yeni layihə hazırlayıb

2021.10.20, 07:36
İran vəziyyətdən çıxmaq üçün seçki qanunu ilə bağlı yeni layihə hazırlayıb

Gunaz.tv
GünAzTv: Fevralın 22-də İİR Məsləhət Şurasının üzvü Teymurəli Əskəri bildirib ki, təmsil etdiyi qurum seçki qanunu ilə bağlı yeni layihə hazırlayıb. Bu layihənin rəsmiləşməsi İran seçkilərində böyük dəyişikliklərə səbəb ola bilər. Şuranın müşaviri və Prarlamentdə Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin koordinatoru işləyən Əskəri İRNA xəbər agentliyinə bildirib ki, bu layihəyə əsasən namizədlərin qeydə alınması prosesi Şurayi Nigəhbandan alınaraq yeni yaranacaq Milli Seçki Komissiyasına veriləcək. Belə bir layihənin gündəmə gəlməsi mühafizəkar qrupların narahatlığına səbəb olsa da Əskərinin bildirdiyinə görə belə tənqidlər məsələyə siyası baxışdan və ya layihənin mətni ilə tanış olmadıqlarındandır. Əskəri mühafizəkar qrupların tənqidinə qarşı bildirib ki, narahatçılığa gərək yoxdur: “Rəsmiləşmə üçün bu layihə sonunda Ali Dini Rəhbər tərəfindən təsdiq olunmalıdır”. Layihəyə əsasən seçicinin yaş həddi “18”, seçilmək yaşı isə “20” nəzərdə tutulub. Əskəri qanunun hazırlanma zəruriyyətinə işarə edərək bildirmişdi ki, mövcud qanun hökumətlərin baxışlarına görə dəyişikliklərə məruz qalıb və “yamaqlı bir vəziyyətə” düşüb. Hər bir siyasi qrup hakimiyyətə gələn zaman bir sıra dəyişikliklər edib. Bu səbəbdən qanun əvvəlki mahiyyətini itirib. Bu üzdən yeni qanun layihəsinin hazırlanması labüddür. Yeni qanun layihəsi Haşimi Rəfsəncaninin başçılıq etdiyi məsləhət şurasında hazırlanıb. Bu qanun deyilənlərdən daha çox indiki böhrandan çıxış yolu kimi irəli sürülən təklifdir. Rəfsəncani öz orta xətt siyasəti ilə həm mühafizəkarları, həm islahatçıları bir araya gətirməyə çalışır. Ehtimal olunur ki, o bu qanunun hazırlanması ilə bağlı Rəhbərində razılığın almış olsun. Belə olan halda islahatçılar seçkilərə qədər gözləməli və növbəti seçkilərdə siyasi səhnəyə yenidən gəlməyə cəhd edəcəklər. Bu isə İranda daxili siyasi böhranı nisbətən səngidə bilər. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar