İran Vyana danışıqları fonunda ABŞ-da həbsdə olan bütün iranlı məhbusların sərbəst buraxılmasını istəyir

2021-04-28 14:23

İran çərşənbə axşamı Tehran və Vaşinqtonu İranla dünya güdrətləri arasında nüvə razılaşması ilə bağlı razılaşmaya qaytarmaq məqsədi güdən Vyana danışıqları fonunda ABŞ-da həbsdə olan bütün iranlı məhbusların sərbəst buraxılmasını istədiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Nazirlər Kabinetinin sözçüsü Əli Rəbii İranla Amerika arasında başqa bir məhbus mübadiləsinin mümkün olduğuna işarə edərək, “məhkumların mübadiləsi fikrinin həmişə gündəmdə olduğunu” deyib və əlavə edib ki, onlar “humanizmə əsaslanaraq” sərbəst buraxılmalıdır.


Rəbii ABŞ-da həbsdə neçə iranlının olduğu barədə məlumat verməyib və onların adlarının açıqlanmasının onlara zərər verə biləcəyini deyib. Lakin onun bildirdiyinə görə, "onların sayı Amerikadakı iranlı məhbusların sayından daha çoxdur".


2019-cu ildə məhkum mübadiləsi zamanı İran casusluq ittihamı ilə üç il həbsdə olan bir çinli-amerikalı alimi azad edib. O zaman Tehran Amerika rəsmilərinin 20-yə yaxın İran vətəndaşını həbsdə saxladığını demişdi.


İran vaxtaşırı ABŞ-la məhbus mübadiləsinə hazır olduğunu bildirib. Bu baş tutanda mübadilə Tehran və Vaşinqton arasında nadir diplomatik uğur kimi qiymətləndirilir.


Çərşənbə axşamı Rəbieyi İran məhkəmə orqanlarının da mübadilə üçün "hazır olduğunu" dilə gətirib. Onun açıqlamaları İran rəsmiləri tərəfindən iki həftədən az müddətdə mümkün məhbus mübadiləsi ilə bağlı verilən ikinci açıqlamadır.


İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçən həftə Vyanada davam edən danışıqlar çərçivəsində Tehranın böyük bir məhbus mübadiləsinin həyata keçirəcəyinə ümid etdiyini demişdi. Dünya qüdrətləri ilə 2015-ci il nüvə razılaşması bənzər mübadilə ilə müşayiət olunmuşdu.


İran mətbuatı son günlər ABŞ-da nəzarətdə olan yeddi iranlının adını açıqlayıb. ABŞ isə müntəzəm olaraq İranın casusluq ittihamı ilə 10 il həbs cəzası çəkən Siyamək və Bağır Namazi də daxil olmaqla, amerikalı məhbusları sərbəst buraxmasını istəyir.  (amerikaninsesi.org)


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21