SON XƏBƏRLƏR

İRAN XARİCDƏKİ BÜTÜN PULLARINI ÇIXARMAĞA QƏRAR VERDİ . Corc Buş: “Amerikanın hərbi variantı seçmək ehtimalı var”

2021.10.20, 07:36
İRAN XARİCDƏKİ BÜTÜN PULLARINI ÇIXARMAĞA QƏRAR VERDİ . Corc Buş: “Amerikanın hərbi variantı seçmək ehtimalı var”

Gunaz.tv
İRAN XARİCDƏKİ BÜTÜN PULLARINI ÇIXARMAĞA QƏRAR VERDİ Corc Buş: “Amerikanın hərbi variantı seçmək ehtimalı var” Mark Kirk: “İrana qarşı əməliyyatlar başlasa, ABŞ Azərbaycandan kömək istəyəcək” 16.jpg ABŞ hər an İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu barədə xəbəri İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzeti birinci mənbəyə-prezident Corc Buşa istinad edərək yayıb. İtaliyanın dövlət telekanalı “Rai-1"-ə verdiyi müsahibədə Corc Buş ”ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq ehtimalı varmı" sualına “bəli” cavabını verib. “İrana dünyanın açıq mesaj göndərməsinə ehtiyac var. Tehran zənginləşdirilmiş uran proqramlarını dayandırmalıdır” - deyə ABŞ prezidenti əlavə edib. İrana qarşı hərbi əməliyyatlar ehtimalının yüksək olduğunu Amerika Konqresinin nüfuzlu üzvlərindən biri konqresmen Mark Kirk də Türkiyənin “Akşam” qəzetinə müsahibəsində bildirib. ABŞ-ın Yaxın Şərq siyasətinə təsir imkanları olan Kirk deyib ki, Amerika əvvəlcə Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün Almaniya ilə qarşıdurmaya da hazır idi: “Lakin bizim Türkiyəyə ehtiyacımız olan zaman siz ortada yox idiniz. Türkiyənin İraq əməliyyatına dəstək verməməsindən sonra bu ölkənin bizim üçün əhəmiyyəti böyük ölçüdə azaldı. ABŞ artıq Türkiyənin heç nəyə qarışmamasını istəyir, məsələn, Belçika kimi”. Bildirilir ki, Mark Kirk ABŞ-ın İraqa qarşı hərbi əməliyyatlara başlamasında fəal rol oynayanlardan biridir. Hazırda o, İranın nüvə təhdidlərini aradan qaldırmaq üçün özəl plan üzərində işləyir. Kirk deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması ancaq bu ölkənin İsrailə və ya Amerikanın müttəfiqi olan körfəz ölkələrinə hücum etməsi halında gündəmə gələ bilər. “Bu zaman ABŞ Türkiyədən yox, Azərbaycan, Bəhreyn və Küveytdən yardım gözləyəcək. Türkiyədən gözlədiyimiz isə o olacaq ki, heç nəyə qarışmasın”. Kirk deyib ki, hərbi əməliyyatların ən son variant olduğu haqda ABŞ administrasiyasında hamı həmfikirdir: “İranla bağlı üç variant var. Mən üç ildir üçüncü variant üzərində işləyirəm. İlk variant beynəlxalq mexanizmlərin İranı nüvə proqramlarını dayandırmağa məcbur etməsidir. Lakin bu məsələdə BMT-nin roluna çox ümid yoxdur. İkinci variant İsrailin 1981-ci ildə İraqın nüvə reaktoruna endirdiyi zərbələrin təkrarlanmasıdır. Lakin bu çox bahalı variantdır. Mənim üzərində işlədiyim variant isə İrana benzin idxalını məhdudlaşdırmaqdır. Mollalar İran iqtisadiyyatını elə bərbad hala gətiriblər ki, benzində ölkə xaricdən asılıdır. İran benzini hazırda tək bir agentdən alır, o da Hollandiya şirkətidir. Bu kanalı bağlaya bilsək, İrana qarşı böyük təzyiq yarada bilərik. Hazırda bunun üzərində işləyirik" . Mark Kirk deyib ki, bu planı həyata keçirmək üçün beynəlxalq ictimaiyyətin konsensusuna nail olmaq lazımdır. Onun sözlərinə görə, ilk mərhələdə Hollandiya, Britaniya və Fransanın razılığı alınmalıdır: “O biri tərəfdə Çin var, hansı ki İranla bağlı qarışıqlığın olmasında maraqlı deyil”. Qeyd edək ki, hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalar qüvvədədir. Bu sanksiyalar İranın dövlət banklarının hesablarını bağlamağı da nəzərdə tutur. Britaniyanın “The Telegraph” qəzeti isə yazıb ki, İran prezidenti Mahmud Əhmədinejad ölkənin aparıcı banklarına təcili olaraq Avropa banklarındakı hesablarda saxlanılan pulları çıxarmağı əmr edib. Əhmədinejad deyib ki, Avropa banklarında saxlanılan milyardlarla dolların çıxarılması halında həmin hesablar İrana qarşı mümkün beynəlxalq sanksiyalar zamanı dondurula bilməyəcək. Bildirilir ki, ABŞ-ın İranın Avropa maliyyə bazarlarına çıxışını əngəllmək səylərinə ilk dəstək verənlərdən biri Britaniyanın “Barclays” bankı olub. Bu bank İran şirkətlərində işləyən britaniyalıların hesablarını bağlayıb. Həmçinin İranın “Sedarat” və “Melli İran” bankları ilə əməkdaşlığı kəsib. Həmin bankların Britaniyada bölmələri yerləşir. Qəzetin yazdığına görə, Əhmədinejad İran pullarının Avropadan çıxarılmasına dair məxfi əməliyyatı ölkənin Mərkəzi Bankının sədrinə həvalə edib. Bugünlərdə “Bank Melli İran” Avropadakı hesabları bağlamaq haqda Tehrandan əmr aldığı bildirilir. Bu əmr Avropa Birliyi ölkələrinin bankın hesablarını dondurmaq haqda müzakirələrə başlamasından sonra verilib. Qərb diplomatlarından biri bildirib ki, pullar Dubaydakı vasitəçi firmaların hesablarına köçürülür, oradan isə İrana gedir. İran aktivlərinin çıxarılmasında bəzi Hollandiya banklarının da iştirakı var. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar