İran Xarici İşlər Nazirliyi ölkə ərazisindən Ermənistana silah-sursat daşınmasını təkzib edib

2020-09-29 13:56

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 29-da mediaya açıqlamasında ölkə ərazisindən Ermənistana silah-sursat və hərbi avadanlıq daşınması ilkə bağlı yayılan məlumatları təkzib edib.

Gunaz.tv Quote | Gunaz article

Səid Xətibzadə jurnalistlərin bununla bağlı sualını cavablandıraraq, İran ərzisindən işğalçı Ermənistana hər hansı bir silah daşınması ilə bağlı yayılan məlumatları “yalan” adlanıdırıb: “İran İslam Respublikası ilə qonşu ölkələr arasında yük maşınlarının gəliş-gedişi, qeyri-hərbi əmtəə və malların tranziti həmişə mövcud olan adi bir məsələdir və sözü gedən yük maşınları da bu çərçivədə fəaliyyət göstərirlər. 


İran İslam Respublikası ölkə ərazisindən digər ölkələrə əmtəə daşınması tranzitini tam nəzarətdə saxlayır və ölkəmiz ərazisindən digər bir ölkəyə silah və hərbi avadanlıq daşınmasına heç vaxt imkan vermir və verməyəcək də” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib.


Qeyd edək ki, rəsmi Tehranın sözçüsü İran ərazisindən Ermənistana silah daşınması ilə bağlı yayılan məlumatları təkzib etsə də, ötən gün Güney Azərbaycan mənbələri sosial şəbəkələrdə ölkə ərazisindən Ermənistana təcili olaraq, Rusiya istehsalı olan külli miqdarda silah daşıyan yük maşınlarından ibarət bir neçə video yayıblar. 

 

İran İslam Respublikası Rusiyanın silahlarını Ermənistana daşıyır- FOTO

 

Digər tərəfdən cari ilin aprel ayında İranın işğal altında olan Dağlıq Qarabağa yanacaq göndərməsi ilə bağlı ermənilərin çəkdiyi video yayılmışdı. Bundan sonra sentyabr ayının əvvəllərində də Rusiyanın göndərdiyi silah-sursat və hərbi texnikanın İrandan keçərək Ermənistana aparılmasını sübut edən çoxlu sayda foto və videolar yayılmışdı. Lakin İran rejimi hər dəfə bütün bu faktlara rəğmən, əsassız sözlərlə sübutları inkar etməyə təlaş göstərir və Ermənistan işğalına bu cür dəstək verir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18

gun az article

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

2020-10-18

gun az article

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

2020-10-17

gun az article

İranın İrəvandakı hərbi attaşesi 1 həftədə 3 dəfə Ermənistan müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

2020-10-17

gun az article

İranda daha 253 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 30 000 nəfəri keçib

2020-10-17

gun az article

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”

2020-10-17

gun az article

İran dəniz sərhədçisi qaçaqmalçılarla qarşıdurmada həlak olub

2020-10-17

gun az article

Gilanda koronavirusa yoluxan daha 80 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-17