SON XƏBƏRLƏR

İran xəstəxanalarından birində xəstələrə saxta tomoqrafiya cavabları təqdim edilir

2021.10.20, 07:36
İran xəstəxanalarından birində xəstələrə saxta tomoqrafiya cavabları təqdim edilir

Gunaz.tv

GünAz TV: İranın Əlborz əyalətində yerləşən “şəhid Rəcayi” xəstəxanasının davamlı olaraq tomoqrafiya cavablarını saxtalaşdırdığı barədə məlumatlar yayılıb.

 

Məlumatlarda qeyd edilir ki, 2016-2017-ci illər ərzində xəstəxananın radiologiya mərkəzində həyata keçirilmiş 80 min tomoqrafiyanın əksəriyyətinin cavabı eyni və müsbət olub.

 

Yanlış cavablar əsasında müalicə olunan xəstələrin çoxunun səhhətində problemlər yaranıb. Buna görə də onlar hətta mərkəzdən polisə şikayət edib və məsələ ilə bağlı cinayət işi qaldırılıb. İranın Təftiş Agentliyinin də işə qarışdığı bildirilir.

 

Bu cavablara nümunə olaraq, 1 xəstəyə həkim insult diaqnozu qoysa da, tomoqrafiya cavablarında xəstənin vəziyyəti normal olaraq göstərilib. Digər nümunədə isə xəstəyə beyin şişi və idrak pozğunluğu diaqnozu qoyulsa da, mərkəzdə həyata keçirilmiş tomoqrafiyanın cavablarında onun sağlam olduğu göstərilib.

 

Ə.A  

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar