SON XƏBƏRLƏR

İran yeni parazitlə yeni etiraz dalğasının qarşısını almaq istəyir

2021.10.20, 07:36
İran yeni parazitlə yeni etiraz dalğasının qarşısını almaq istəyir

Gunaz.tv

GünAz TV: Ərəb ölkələrində gedən etiraz dalğası və İran müxalifətinin 14 fevraldakı (25 bəhmən) kütləvi etiraz qərarı İranı vahiməyə salıb.

 

Məlumata görə, 3 gündür uydudan yayımlanan GünAz TV, Türkiyənin dövlət televizyonu (TRT3) və 4 fars dilli telekanal İranın yeni parazitləri ilə üzləşiblər.

 

Yeni parazitlər ekrandakı təsvirlərin keyfiyyətini pozub və bir neçə dəqiqədə bir dəfə səs və görüntü itir.

 

Həmçinin son günlərdə İranın müxtəlif bölgələri xüsusi ilə Azərbaycanda internetin sürəti kəskin düşüb, bəzi hallarda isə ümumiyyətlə qapadılıb. Bununla bərabər Azərbaycan saytlarının istifadəsinə qadağaların (filtr edilmə) sayıda artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar